Nərgiz
körpəlikdə musiqi səsi eşidən kimi oyuncaqları yerə qoyar, diqqətlə qulaq asar,
rəqs edərdi. Məktəbə gedənə qədər anası və ondan əvvəl məktəbə gedən bacısı tərəfindən
yazıb-oxumağı öyrənmişdi. I sinifdə dərsləri ilə xalası məşğul olurdu.
Anası
Nuriyyə xanımın dediklərindən: “ - Əslində musiqiyə çox həvəsi olub. Musiqi
duyumu, ritmi, bir qədər də səsi olduğundan musiqiyə çox marağı vardı. Ancaq
musiqi oxumağı təsadüfən oldu. Bacısının sənədlərini musiqi məktəbinə verəndə Nərgizin
də sənədlərini verməyi məsləhət gördülər. Məktəbə qəbul üçün keçirilmiş
imtahanda musiqi duyumu hamını heyrətləndirmişdi”.
Nərgiz
Rövşən qızı Əhmədova 1992-ci il martən 1-də Bakı şəhərində anadan olub. 3
yaşından 5 yaşına kimi 272 saylı uşaq bağçasında oxuyub. 1998-ci ildən Ə. Ələsgərov
adına 244 saylı orta məktəbdə oxumağa başlayıb. 1999-cu ildə 11 saylı Uşaq Musiqi
Məktəbinə daxil olub. Xalq çalğı alətləri öbəsinin kamança sinfində oxuyub. 2004-cü
ildə bu musiqi məktəbini bitirib, həmin ildə də Leopald və Mistislav
Rostropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbinə daxil olub. Azərbaycanda
ilk dəfə olaraq kamança üzrə muğamda not məktəbi yaradan pedaqoq, ifaçı,
dosent, şənətçünaslıq namizədi Arif Əsədullayevin sinfində oxuyur.
Təhsildən
əlavə rəsmlə maraqlanır. Gözəl rəsmləri var. Musiqi və idmanla maraqlanır. Voleybol,
basketbol və əsasən futbolu çox sevir.
Dərslərini
əla oxuyur. Ən sevimli fənləri - Azərbaycan tarixi, Azərbaycan dili, ədəbiyyatdır.
Nərgiz bir sıra uğurlar əldə edib.
15
noyabr 2007-ci ildə tarix olimpiadasının məktəb turunda I yeri tutub Bakı şəhər
Baş Təhsil İdarəsinin fəxri fərmanıyla təltif olunmuşdu. 23 noyabr 2007-ci ildə
Binəqədi rayon Gənclər və İdman İdarəsinin keçirdiyi “Azərbaycan gəncləri
narkotiklər əleyhinə” inşa müsabiqəsində iştirak edib, 30 noyabr 2007-ci ildə
“Narkotiklər əleyhinəyik” adlı seminarda yazdığı inşaya görə rayon üzrə III
yeri tutub. Rayon üzrə keçirilən olimpiadada I yeri tutduğuna görə fəxri fərmanla,
25 fevral 2008-ci ildə keçirilən “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır”
inşa müsabiqəsində I yeri tutduğuna görə diplomla təltif olunmuşdur.
14
vfhn 2008-ci ildə keçirilən H. Əliyev haqqında inşalar müsabiqəsində iştirak
etmişdir. Orta məktəbdə Müəllimlər günü, Xocalı faciəsi, 20 Yanvar, Novruz bayramı
və. s mədəni kütləvi tədbirlərdə milli musiqimizi, muğamlarımızı, rəqslərimizi
ifa etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş
respublika musiqi müsabiqəsində II yerin laureatı olmuş, H. Əliyevin 85 illiyinə
həsr olunmuş müsabiqədə diploma layiq görülmüşdür.
Ən
uğurlu günləri elə nailiyyət əldə etdiyi günlərdir. Seçdiyi sahə üzrə müəllimi
A. Əsədullayev, xalq artisti Şəfiqə Eyvazova, respublika və beynalxalq müsabiqələr
qalibi Mehri Arifqızını özünə ideal seçib.
Əldə
etdiyi uğurlara görə isə A. Əsədullayevə bocludur. Bu sahəni seçməyində isə
anasının böyük rolu olub. Bu sənəti sevməkdə ilk müəllimi Mehriban Qasımovaya
minnətdadır.
Hələ
uşaqlıqdan Nərgizdən böyüyəndə hansı peşəni seçəcəyini soruşduqda o, həm
musiqiçi, həm də tarixçi olmaq istədiyini deyirdi. Tariximizi bilməyənlərə öyrətməkdən
ötrü fəaliyyət göstrmək istəyirdi. Lakin həyatının 11 ili musiqi ilə bağlı
olduğundan sonda musiqiçi olmağı qərara aldı. Ədəbiyyatla isə o, sanki nəfəs
alır. Asudə vaxtlarını kitab oxumaqla, musiqiyə qulaq asmaqla keçirir. Pop,
rep, texno, rok musiqiləri dinləməyi sevir. “Strategiya” jurnalının 2007-ci ildə
nəşr olunan nömrəsində onun istedadı ilə bağlı hərtərəfli məlumat verilmişdir.
Nərgiz
xoşbəxtliyi əbədi saymır. Xoşbəxtlik bir saatlıq, bir dəqiqəlik, bir anlıq ola
bilər. Sevdiyi insanların yanında olması, çoxlarının səni sevməsi, zəhmətinin bəhrəsini
görmən Nərgizin fikrincə elə xoşbəxtlikdir. Ən çox sevdiyi musiqi əsərləri Ç. Danklyanın
“Variasiya”, İ. Bizenin “Varmen”operasından antakt, ”Xabanera”, C. Hacıyev
“Karvan” və. s əsərləridir.
Tarix
müəllimi M. Ləman: “ - Nərgiz ilk gündən özünü məsuliyyətli, çalışqan,
tarixinini və vətənini sevən bir şagird kimi tanıtmışdır. Onda həm də bir təmkinlik,
kübarlıq da var ki, fikrimcə bu da ailədən irəli gəlir. Geniş dünyagörüşü vətənini sağlam məhəbbətlə
sevməsinə şərait yaradır. Təbii ki, musiqi təhsili onun həm də daxilən zəngin,
yüksək mənəviyyatlı və zövqlü bir insan kimi formalaşmasına təsir edən amillərdəndir.
Fikirləşirəm ki, Nərgiz gələcəkdə çox təşəbbüskar, vicdanlı, dərin intellektə
malik olan vətənpərvər bir tarixçi ola bilər. Lakin hansı peşəni seçməsindən asılı
olmayaraq gözəl mütəxəssis kimi ictimaiyyətin hörmət və sevgisini qazanacağına əminəm”.
Azərbaycan
dili və ədəbiyyat müəllimi, sinif rəhbəri K. Məmmədova: “ - Nərgiz Əhmədova oxuduğu
müddət əzrində özünü bacarıqlı, tərbiyəli bir şagird kimi tanıtmışdır. İntizamı
ilə həmişə yoldaşlarına nümunə olmuşdur. Nərgiz bütün fənlərə məsuliyyətlə
yanaşsa da ədəbiyyata, tarixə daha çox üstünlük verir. Oxuduğu saysız-hesabsız
kitablar onun dünyagörüşünün zənginləşməsində çox böyük rol oynayır. Gözəl nitq
qabiliyyətinə malik olan bu qız olimpiadalarda, inşa müsabiqələrində iştirak edərək
biliyini daha da artırmağa nail olub.
Nərgiz dərs
əlaçısı olmaqla yanaşı, həm də gözəl musiqi duyumuna malik bir qızdır. İfası ilə
müəllimlərini, məktəb rəhbərliyini, eləcə də haqqında eşidən hər kəsi heyran
qoymuşdur. Musiqiyə marağı onu dərslərindən bir
an belə yayındırmamışdır. Güclü qavrayışa, dərin zəkaya, səlist nitqə mailk
olan Nərgiz Əhmədova heç vaxt uğurları ilə kifayətlənməyib, daim irəliyə doğru
can atır. Gələcəyini həm təhsilə, həm də musiqiyə bağlamaq istəyində olan Nərgizə
bu yolun hər ikisində uğurlar arzulayırıq”.
İnanırıq ki, Nərgiz xalqına, vətəninə layiqli vətəndaş
olacaqdır.
Dosent, sənətşünaslıq namizədi Arif Əsədullayev: “ - İlk
günlərdən verilən tapşırıqları layiqincə yerinə yetirməsi Nərgizin gələcəkdə istedadlı
bir musiqiçi kimi yetişməsindən xəbər verirdi. Ona dərs dediyim illər ərzində gəldiyim
qənaətə görə o, gələcəkdə çox bacarıqlı müəllim, ifaçı və zövqlü musiqiçi kimi
özünü tanıdacaq. Kamançanın
məhz Nərgiz kimi gözəl təlim-tərbiyəyə malik olan, savadlı və istedadlı bir Azərbaycanlı
qızının əlində olması məni çox sevindirir. Mən onun gələcəyinə çox inanır və
böyük ümüdlərlə sabahlara baxıram”.
Комментариев нет:
Отправить комментарий