elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 сентября 2012 г.

QIZIL MEDAL SAHİBİ (Rəcəb Murad oğlu Davudov)

Rəcəb Murad oğlu Davudov 1984-cü il sentyabrın 9-da Zaqatala şəhərində anadan olub. Baki səhəri 252 nömrəli orta məktəbdə VII sinfə qədər oxuyub. Sonra imtahan verərək Bakı Özəl Türk liseyinə daxil olub. Orta təhsili bu məktəbdə başa vurub. Təhsil illərində bilgisayar olimpiadasında iştirak edib. Boş vaxtlarımda bilgisayar labaratoriyasında fərqli proqramlaşdırma məsələlərini həll eləməyə çalışırdı.
2001-ci ildə Bakı Özəl Türk Liseyini fərqlənmə attestatı ilə bitirən Rəcəb YÖS imtahanında iştirak edir və Türkiyənin Marmara Universitetinin bilgisayar mühəndisliyi fakültəsinə qəbul olur. Magistr dərəcəsini bilgisayar mühəndisliyi üzrə İstanbul Ulduz Texniki Universitetində alıb.
Rəcəb: “ - İxtisasımı çox sevirəm. Proqramlaşdırmaya həvəs məndə balaca yaşlarımdan yaranmışdı. I sinifdə atamın “KORVET” markalı bilgisayar almasi ilə mənim bu sahəyə marağım başladı. Sonra atam IBM-286 aldı. Və çox keçmədən VII sinifdə mən artıq bu bilgisayarda “BASIC” dilində proqramlar tutmağa başladım. Bu ixtisası seçməyim səbəbi isə bilgisayar oyunlarıdır. Balaca ikən çox oyun oynayırdım, hələ də oynayıram və bir gün bu oyunların necə əmələ gəldiyini atamdan soruşdum. Onun cavabı ilə artıq ixtisasımı seçmiş oldum.
Orta məktəbdə bir çox fənlərə marağım var idi. Əvvəlcə riyaziyyat və fizika, daha sonra onlara kimya da əlavə olundu. Son olaraq isə biologiya, xüsusən də anatomiyaya marağım çox idi. Dəqiq fənlərdən əlavə tarixi də çox sevirdim. Bu maraqlarıma görə atam hüquqşünas, anam isə həkim olmağımı istəyirdilər. Orta məktəbdə VIII sinifdən etibarən kimya olimpiadasının, sonra isə informatika olimpiadasının qalibi kimi BÖTL-ni təmsil etməyə başlamışdım. Bunların xaricində məktəbdəki drama klubunda tamaşalarda rol almışdım. Xüsusən də Novruz bayramında “Kosa” rolunda oynamışdım. Olimpiada qalibi olaraq X və XI siniflərdə respublika informatika olimpiadalarında iştirak elədim. 2000-ci ildə IV yer, 2001-ci ildə isə qızıl medalla təltif olundum. 200-ci ildə Finlandiyanın Tampere şəhərindəki beynəlxalq informatika olimpiadasında iştirak etdim.
Ali məktəbdə ilk dərslərin ingilis dilində olmağı və fərqli ölkədə yaşamağın verdiyi çətinliklərə görə öyrəşməyim bir az çətin oldu. Daha sonra bir çox dərslərdən yaxşı nəticələr göstərərək müəllimlərin sevilən tələbələrindən birisi olmağı bacardım. Ayrıca olimpiada əldə etdiyim biliklər universitetdəki dərsləri rahat başa düşməyimə kömək oldu. Ali məktəbdə stolüstü tennis çempionatlarında iştirak etdim. Boş vaxtlarımda isə bilgisayar labaratoriyasında yuxarı kurslardaki tələbələrlə proqramlaşdırma üzrə fərqli lahiyələr eləyirdim.
Həyatımın ən uğurlu hadisəsi Türkiyəyə gəlişim və burada universitet təhsilimə başladığım andır. Çünki mənim üçün hər şey bir anda dəyişdi. Və indiki mövqeyimə gəlməyimdə böyük rol oynadı.
Bu sənəti seçməyimdə təbii ki, ən böyük rol atamındır. Çünkü onun mənə verdiyi imkanlar sayəsində mən bu ixtisasa yiyələndim.
İxtisasım üzrə hədəflərim bu sektorda söz sahibi olan bir şəxs olmaqdır. Bu ixtisas üzrə dünyada bir çox güclü mütəxəssis var, mən də gələcəkdə onlardan biri olmağı arzu edirəm.
Qəbul imtahanlarındakı nəticələrə görə ilk növbədə ailəmə, sonra isə bizim müvəvvəq olmağımız üçün gecəsini-gündüzünü fəda edən liseydəki müllimlərimə minnətdaram. Turkiyədə ali təhsil almaq üçün verdiyim YÖS imtahanının nəticələrini almağım bir az qəribə olmuşdu. O vaxt Finlandiyada beynəlxalq olimpiadada idim. Nəticələr çıxmış, fəqət mənim imtahana giriş nömrəmi heç kim bilmirdi. Ailəm mənə zəng etdi, nömrəmi alıb internetdən mənim nəticəmə baxmışdılar və çox sevinmişlər. Bu xəbərə çox sevindim.
Marmara Universitetini bitirdikdən sonra Yıldız Texnik Universitetində magistratura oxudugum zamandan, istədiyim sektorda yəni telekommikasiya üzrə işləyirəm. Hazirda İstanbulda “Vodafone”də IT məsləhətçisi vəzifəsində işləyirəm. Gələcəkdə prestijli bir şirkətdə karyeramı davam eləmək istəyərdim.
Xoşbəxtliyi sevdiyin sahə üzrə işləməkdə görürəm. Steve Jobsun bir sözü var: “Sevdiyiniz işi görməniz çox vacibdir, çünki ömrünüzün böyük bir hissəsi işləyərək keçir və sevmədiyiniz bir iş sizə çox əziyyət verəcəkdir”. Karyeramda mümkün qədər zirvəyə çıxmaq istəyərdim. Hər bir hədəf arxasında başqa hədəfləri gətirir. Ona görə indidən özümü məhdudlaşdırmaq istəmirəm.
Asudə vaxtlarımda gəzməyi, təbiətin qoynunda istirahət eləməyi, musiqi dinləməyi, dedektiv oxumaği sevirəm.
İlk uğurum orta məktəbi qurtarandan sonra atamın cəhdləri ilə ilk proqramlaşdırma işimi etməyimdir. Bu işi Ekspertiza İnstitutu üçün yazmışdım. Avtomobil qəzalarında hansı tərəfin günahkar olduğunu hesablayan və nəticəni məhkəmə formatında verən bir proqram idi. Bu iş üçün çox cüzi məbləğ aldım, amma bu pul qazandığım ilk lahiyə idi və özümü çox qürurlu hiss edirdim.
Məndən sonraki nəsillərə bir şeylər miras buraxmaq istəyərdim. Və onların gələcəyini rahatlaşdırmaq üçün əlimdən gələni etməyə çalışacağam.
Respublika olimpiadasında qızıl medal aldığım üçün Az.TV kanalında “ZƏKA” programda çıxış etmişdim.
Rəcəb universitet müəlliminin onun barədə söylədikləri: “ - Receb üniversitemizdə yaptığı lisanüstü eğitiminde benim makine öğrenmesi ve şekil tanıma derslerimi adı. Ayrıca haber videolarının görüntü işleme yöntemleri ile haberlere bölütlenmesi konulu yüksek lisans tezini yürüttüm. Aldığı derslerde ve tez çalışması boyunca azimli, yaratıcı ve başarılı çalışmalar gerçekleştirdi. Teorik konuları anlama ve yorumlama konusunda kabiliyetli, teorik bilgilerini uygulamaya dönüştürme becerisi yüksek bir öğrenciydi. Bu özellikleri sayesinde ilerde özellikle akademik hayatta başarılı olabileceğine inanıyorum.
Sorumluluklarını zamanında tamamlamaya özen gösteren, çalışkan, kendini geliştirmek için emek harcayan bir öğrenciydi”.

e-mail ünvan: radjab@gmail.com və rajab_d@yahoo.com

Комментариев нет:

Отправить комментарий