elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 сентября 2012 г.

İsmayıllı Ləman Ramiz qızı

Əməkdar fizika müəllimi Eldar İsmayılov qardaşı Ramizin qız övladı dünyaya gələndə adını Ləman qoymaq istədiyini bildirdi. Təbii ki, böyük qardaş kimi onun fikrinə etiraz edən olmadı. Həm də uşağa vermək istədiyi ad da gözəl idi. Eldar müəllim ta 1968-ci ildən bu adı hansısa yaxın adamlarından birinin övladına vermək arzusunda olub. Və nəhayət bizim qəhrəmanımıza nəsib olub.
Ləman Ramiz qızı İsmayıllı 1992-ci ildə Qubadlı rayonunun Mahruzlu kəndində anadan olub. Ermənilərin Qubadlı rayonunu işğal etməsi nəticəsində 1993-cü ildən bəri Bakı şəhərində məskunlaşıblar. Ləman məktəbə qədər yazıb-oxumağı bacısı Güneldən öyrənmişdi. Hazırda Günel Müəllimlər İnsitutunda oxuyur.
Ləman 1998-ci ildə Sabunçu rayonundakı Yavər Əliyev adına 94 saylı orta məktəbin I sinfinə getmiş və 2009-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dillər Universitetinin tərcümə fakultəsinə qəbul olmuşdur.
Ləman: “ - Təhsil aldığım fakultəni çox sevir və gələcəyin tanınmış tərcüməçilərindən biri olmaq üçün əlimdən gələni edirəm. İspan dilinı də marağım çox böyükdür. Universtetdə ikinci dil kimi məhz bu dili seçmişəm. Amma bununla kifayətlənməyəcəyəm. Ən az daha iki dil öyrənməyi qarşıma məqsəd qoymuşam. Dərslərim də çox yaxşı gedir, hər birini sevərək oxuyuram. Sevimli fənlərim ölkəşünaslıq və ispan dilidir.
Mənim həyatımda unudulmaz gün qəbul imtahanlarının cavablarının elan olunduğu gündür. O gün özümü dünyanın ən xoşbəxt insanı hiss edirdim, çünki 11 illik əməyimin bəhrəsini gördüm. Sevdiyim ixtisasa yiyələnməkdə repetitorum Ceyran xanımın böyük rolu olub. Bu səviyyəyə çatmağım üçün əlimdən gələni edib və bütün bildiklərini mənə öyrədib.
Universitetdə peşəkar tərcüməçiliyin əsasları fənnini tədris edən müəllimim Fialə Abdullayevadan da ilham alıram. Onun savadı, dünyagörüşü məni valeh edir. Onun kimi gözəl tərcüməçi olmaq üçün daim çalışacağam. Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə valideynlərimə və müəllimlərimə minnədaram. Müəllimlərim tədris etdikləri fənləri mənə sevgi ilə aşıladılar və onların səyi nəticəsində indi universtet tələbəsiyəm.

Universteti bitirdikdən sonra təhsilimə uyğun olaraq tərcüməçi kimi işləmək istəyirəm. Xoşbəxtliyi ilk növbədə can sağlığında, təhsildə, yüksək karyerada görürəm. Asudə vaxtlarımda film izləməyi, mahnıya qulaq asmağı və kitab oxumağı çox sevirəm. Musiqi mənim həyatımda çox mühüm rol oynayır. Musiqiyə qulaq asmaq təhsilimdə də mənə yardımçı olur. Xarici mahnılara qulaq asmaqda söz ehtiyatımı daha da artırıram

Комментариев нет:

Отправить комментарий