elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 сентября 2012 г.

Qasımov Çingiz Ümid oğlu


Ümid bəyin tarixin şəxsiyyətlərə daim marağı olub. Ona görə də övladı dünyaya gələndə tərəddüd etmədən, ona bəşər tarixində silinməz iz buraxmış məşhur sərkərdə Çingizxanın şərəfinə Çingiz adı vermək qərarına gəldi. Çingiz çox sakit uşaq olmuşdur. Böyük qardaşı bir il ondan tez məktəbə getdyi üçün o məktəbə getməmişdən əvvəl yazıb-oxumağı qardaşına baxaraq öyrənmişdi.
Çingiz Ümid oğlu Qasımov 1985-ci il mayın 27-də anadan olmuşdur. Suraxanı rayonu 282 sayı məktəbdə oxumuş və 2003-cü ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olmuşdur. 2007-ci ildə bakalavr pilləsində təhsilini başa vurub magistiraturaya daxil olmuşdur. Bir il hərbi xidmətdən sonra magistraturanı bitirmişdir.
Çingiz: “ - İxtisasımla bağlı maraq məndə hələ orta məktəbdə oxuyarkən yaranıb. Müasir texnologiyaların inkişaf etdiyi dünyamızı elektrik enerjisiz təsəvvür etmək olmaz. Yəni elektrik enerjisi insan həyatında böyük rol oynayır. Bu səbəbdən də hələ orta məktəbdə oxuyarkən elektrik mühəndisi olmağa qərar verdim. Orta məktəbdə aşağı sinifdə oxuyarkən qiymət xatirinə dayanmadan əla qiymətlərlə oxuyurdum. Yuxarı siniflərdəsə savadlanmaq, biliklərimi artırmaq və ali məktəbə daxil olmaq üçün oxuyurdum. Ən çox sevdiyim fənn riyaziyyat, fizika və kimya idi. Bakalavr pilləsində təhsil alarkən dərslərimi böyük həvəslə oxuyurdum. Ən çox sevdiyim fənn neft mədənlərində elektirik təchizatı idi. III kursda oxuyarkən ADNA-nın elmi konfransında iştirak etmişdim. Bu konfransda “Elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda uğurlu çixış etdim və II yeri tutdum. Həyatımda ən uğurlu gün magisturaturaya daxil olduğum gündür. Çünki biliklərimi artırmaq üçün böyük bir şans əldə etmişdim.
Sevdiyim ixtisasa yiyələnməkdə valideynlərim və müəlimlərimə minnətdaram. Müəllimlərimin əziyyəti, valideynlərimin maddi və mənəvi dəstəyi mənə çox kömək olmuşdu. İxtisasım üzrə Azərbaycanda ən güclü mütəxxəsis Kazım Quluzadəni hesab edirəm. 1971-ci ildə çap etdiyi “Neft mədənlərinin elektrik avadanlığı” adlı kitab hazırda tələbələrin savadlanmasında böyük rol oynayır. Bu kitab dissertasiya işinin hazırlanmasında mənə böyük kömək etmişdir.
Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə valideynlərimə və müəllimlərimə minnətdaram. Müəllimlərimin əziyyətini heç vaxt unutmaram. İnanırdım ki, ali məktəbə daxil olacağam. Nəticələr aydın olandan iki həftə sonra Suraxanı rayonu icra başçısının təbrik tədbirinə dəvət olundum.
Ali məktəbi bitirdikdən sonra neft şirkətlərinin biridə çalışmağı arzulayırdım. Çünki müasir həyatda neft və qaz böyük əhəmiyyətə malikdir. Magisturatura pilləsində təhsil alarkən ARDNŞ-nin təqaüd proqramlarında iştirak etdim və iki dəfə dalbadal təqaüd qazandım. 2010-cu ildə magisturaturanı bitirən kimi ARDNŞ məni işlə təmin etdi. Hazırda Neft Daşlarında işləyirəm.
Xoşbəxtliyi kariyeramın yüksəlməyində görürəm. İxtisasımla bağlı vətənimə xeyir verərək işimdə yüksəlsəm özümü xoşbəxt hiss edərəm. Altı il ərzində əldə etdiyim bilikləri neft sənayesində tədbiq etmək və ARDNŞ-nin inkişafında rol oynamaq isəyirəm. Asudə vaxtlarımda bilgisayar qarşısına keçərək internetə girirəm. Çünki internet böyük bir məlumat mənbəyidir.
Gələcəkdə elmi işlə məşğul olmağı planlaşdırıram. Energetika elminə yeniliklər gətirmək istəyirəm və bununla da tarixin yaddaşında qalmağı arzulayıram”.

e-mail: qchingiz@yahoo.com

Комментариев нет:

Отправить комментарий