Pərvanə
ağıllı, sakit uşaq olub. Rəqs etməyi və yazı yazmağı çox xoşlayırdı. Uşaq bağçasına
gedirdi, eyni zamanda anası da öyrədirdi. Pərvanə I sinfə gedəndə müəllimi ona “qara
kişmişim” deyərdi. Hər dəfə ona “səni yeyəcəyəm, sən mənim kişmişimsən” deyib
qucaqlayırdı. Pərvanə hər dərsdən gələndə ağlayırdı ki, mən dərsə getmirəm,
çünki müəllim məni yeyəcək. Anası Pərvanəni başa salırdı ki, müəllim o sözü məcazi
mənada deyir. Sən şirinsən, səni çox istəyir. Ona görə elə deyir.
Pərvanə
Eynulla qızı Əsgərli 11 oktyabr 1990-cu ildə Bərdə rayonunda anadan olub.
Sabunçu rayonundakı İ.Əliyev adına 96 saylı orta məktəbi bitirərək 2008 ildə
515 balla Bakı Dövlət Universitetinin xarici dil və ədəbiyyat (alman dili və ədəbiyyatı)
ixtisasına qəbul olub.
Kitab
oxumağı və bilgisayarda işləməyi çox sevir. Mütaliə dünyagörüşünün
formalaşmasında saf, mənəviyyatlı insanın yetişməsində əvəzsiz rol oynayır. Müasir
həyatımızı və gələcəyimizi bilgisayarsız təsəvvür etmək sadəcə mümkün olmadığından
Pərvanə də geridə qalmaq istəmir.
Mənim
üçün belə bir şüar var “Hər işdə, hər zaman - lider”. Lider olmaq xüsusiyyəti məndə
həmişə olub. Orta məktəbdə də sinif nümayəndəsi olaraq bunu sübut etmişəm.
Sevdiyim fənlərdən ədəbiyyat, ingilis dili, coğrafiya, musiqi fənlərini də qeyd
edə bilərəm. Bundan başqa lider olmaq xüsusiyyətləri məni idmana cəlb etdi.
Müxtəlif idman yarışlarında yer tutmuşam.
Ali məktəbdə
də qiymətlərim yaxşıdır. Çox sevdiyim fənlər alman ədəbiyyatı, tibbi biliklər, kalitologiya,
nitq praktikası, ingilis dilidir.
Müəllimlərimi
həmişə özümə arxa, dayaq bilmişəm. Məncə onlar ən müqəddəs, ən təmiz
insanlardır. Onların işindən müqəddəs iş təsəvvür etmirəm. Həm də bu çox çətin,
məsuliyyət işdir. Uğurlarıma görə bütün müəllimlərimə borcluyam. Amma onların
içində daha çox əməyi olan Azərbaycan dili və ədəbiyyatı müəllimim Murad müəllimdir.
Tələbə adını qazananda, həmdə onun ümidlərini doğrultduğum üçün çox sevinirdim.
Sevincimi ilk bölüşdüyüm insanlardan biri də Murad müəllim olub.
Nəticələri
internetdə öyrəndim. O hissləri danışmaq, anlatmaq çox çətindir. Pəncərəni açıb
var gücümlə qışqırdım: “Mən BDU-ya qəbul oldum”.
Hazırda
işləyirəm. İxtisasım üzrə yüksəlmək istəyirəm. Deyirlər ki, yaşadığın hansısa
bir zaman üçün sonralar darıxırsansa, deməli sən xoşbəxt olmusan. Mən istəyirəm
ki, ömrüm qürub çağında əvvəl yaşadığım hər bir dəqiqədən ötrü darıxım. Asudə
vaxtlarımda ən çox sevdiyim məşğuliyyətlərdən biri internetdən müxtəlif məlumatlar
tapmaqdır. Mənim üçün internet dünyanın gözüdür.
Комментариев нет:
Отправить комментарий