Qəhrəmanımızın
anasının adı Nailədir. Elə bu səbəbdəndir ki, nənəsinin arzusu ilə ona Naibə
adı verilib. Naibə körpəlikdə hər şeylə maraqlanır, hər şeydə birinci olmaq istəyirdi.
Uşaqlıqda onun toxumaq, tikmək, şəkil çəkmək, şahmat oynamaq, fortepianoda
çalmaq, rəqs, üzgüçülük, kitab oxumaq kimi çoxlu məşğuliyyəti var idi.
Məktəbə
gedənə qədər yazıb-oxumağı bilirdi.
Naibə
Vaqif qızı Babayeva 1988-ci ildə oktyabrın 7-də Bakı şəhərində anadan olub. Məktəbə
kimi uşaq bağçasına gedib. Həmçinin Tofiq İsmayılov adına Uşaq və Yeniyetmələrin
Yaradıcılıq Mərkəzində “Cücələrim” rəqs ansamblının üzvü olub.
1995-ci
ildə Yasamal rayonundakı A. Ələkbərov adına olan Respublika İncəsənət
Gimnaziyasına gedib. Fortepiano şöbəsində IX sinfə qədər oxuyub. Sonra təhsilini
Nizami rayonundakı 289 saylı “Zəngi” liseyində davam etdirib. 6 yaşdan indiyə
kimi üzgüçülüklə məşğul olur. XI sinifdə ingilis dilində konfransda III yer
tutdum. 2006-cı ildə məktəbi bitirib Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq
iqtisadi əlaqələr və menecment fakültəsinə daxil olub. Universitet illərində
konfranslarda və respublika olimpiadasında iştirak edib.
Orta məktəbdə
bütün dərslərini maraqla və sevə-sevə oxuyurdu. Sevimli fənləri riyaziyyat,
fizika, ingilis dili, tarix, informatika olub. Musiqi ilə məşğul olan illərdə
fortepianodan konsertlərdə iştirak edib. IX sinifdə bu sahədə diplomla
mükafatlandırılıb, ingilis dilində tamaşada əsas rolda çıxış edib. XI sinifdə
ingilis dilindən konfransda elmi-yaradıcı işinə görə III yerə layiq görülüb.
Proqramlaşdırma
üzrə ilk müəllimi İradə Həsənzadənin sayəsində ixtisasına marağı daha da artdı.
III kursda elmi konfransda, riyaziyyatdan respublika olimpiadasında iştirak edib
və həvəsləndirici mükafata layiq görülüb. IV kursda yenidən elmi konfransda
iştirak edib IV yeri tutub. 2010-cu ildə universiteti fərqlənmə diplomu ilə
bitirib. Ali məktəb illərində sevimli fənləri informatika, proqramlaşdırma dilləri,
differensial tənliklər, iqitsadiyyat, əməliyyatlar sistemi və proqramlaşdırma
dilləri, ehtimal nəzəriyəsi, neftqazçıxarma proseslərinin riyazi modelləşdirilməsi,
optimallaşdırma üsulları olub.
Həyatında ən
uğurlu, maraqlı və çox həyacanlı gün ali məktəb müəssəsinə daxil olmaq barəsində
çıxan imtahan nəticələri olan gündür. Qəbul imtahanlarında göstərdiyi nəticələrə
görə ilk növbədə valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir.
Ali məktəbi
bitirdikdən sonra proqramlaşdırma sahəsində işləmək arzusundadır.
Asudə
vaxtlarında musiqiyə qulaq asmağı, kitab oxumağı xoşlayır.
e-mail: naiba88@mail.ru
Комментариев нет:
Отправить комментарий