Övladımızın
adını ata babası qoyub. Körpəlikdən tez dil açdığına, iti hafizəsi olduğuna görə
yaşıdlarından fərqli olaraq sorğu-sualı tükənməyən, kitab-dəftərə və ətraf
mühitə marağı olan bir uşaq olub. İki yaşında uşaq şeirlərini, tapmacalar,
nağıllar və xeyli mahnı əzbər bilirdi. 5 yaşından ingilis dili ilə məşğul
olmağa başladı. Məktəbə gedəndə yazıb-oxumağı bilirdi.
Aqşin Həsən
oğlu Həsənov 16 oktyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. 47 saylı orta
məktəbin rus bölməsinə gedib. 2009-cu ildə həmin məktəbi bitirib Azərbaycan
Dövlət Neft Akademiyasının yeni açılmış dünya iqtisadiyyatı fakultəsinə qəbul
olub.
Bu
ixtisasa marağı hələ uşaq vaxtından yaranmışdı. Bu marağın yaranmasında atasının
rolunu xüsusi qeyd edir Həsən. Orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyub.
Ən sevimli fənləri Azərbaycan tarixi, riyaziyyat, coğrafiya və ingilis dili olub.
Məktəbdə elmi yarışlarda iştirak edib. Dəfələrlə tərifnamə ilə təltif olunub. Məktəbin
divar qəzetinin redaktoru olub. Ali məktəbdə də orta məktəbdə olduğu kimi əla
qiymətlərlə oxuyur. Qrup nümayəndəsi, Tələbə Gənclər Təşkilatının fəal üzvüdür.
Bilik yarışlarında iştirak edir.
Həsən: “ - Həyatımda ən maraqlı və uğurlu gün ali məktəbə
qəbul olduğum gündür. Qəbul imtahanlarında göstərilən nəticəyə görə anama və müəllimlərimə
borcluyam. Ali məktəbi bitirdikdən sonra dövlət neft şirkətində işləmək istəyirəm.
Asudə vaxtlarımda xarici dillə məşğul oluram. Şəxsiyyət kimi tarixin yaddaşında
qalmaq istəyirəm. Bunun üçün seçdiym ixtisası mükəmməl öyrənirəm”.
Комментариев нет:
Отправить комментарий