Sənəm körpəlikdə çoxlu şeirlər bilirdi, ilk kitabı “Qönçə” olub. Onu
maraqla vərəqləyir, şəkillər haqqında danışır, şeir və nağıllarını məmnuniyyətlə
öyrənirdi. Bütün başqa körpələr kimi gəlinciklə oynayırdı, cizgi filmlərini izləyirdi.
Məktəbə gedənə qədər yazıb-oxumağı uşaq bağçasındakı tərbiyəçisi Roza xanımın
sayəsində öyrənmişdi.
Sənəm Azad qızı Qurbanzadə 9 sentyabr 1990-cı ildə Bakı şəhərində
anadan olub. 1997-ci ildə Sabunçu rayonundakı Nazim İsmayılov adına 80 saylı
orta məktəbdə I sinfə gedib. 2008-ci ildə məktəbi fəxri fərmanla bitirmiş və
516 balla ADPU-nun filologiya fakultəsinə daxil olmuşdur. Suraxanı rayonu 318
saylı tam orta məktəbdə laborant vəzifəsində çalışır.
Sənəm: “ - Yuxarı siniflərə qalxdıqca, müxtəlif dillərə və ölkələrə
marağım artırdı. Təbii ki, birinci vətənim və dilim başlıca yer tuturdu. Azərbaycan
dilinin dərinliyinə varmaqda, sirlərini açmaqda müəllimim Ruhəngiz Axundovanın
böyük rolu olub. Ədəbiyyata isə məni həvəsləndirən Tahirə müəllimə olmuşdur.
Orta məktəbdə əlaçı olmuşam. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat,
coğrafiya, tarix, ingilis dili fənlərinə marağım çox idi. Məktəb illərində iki dəfə
tarix fənni üzrə olimpiadada iştirak etmişəm. XI sinifdə iştirak etdiyim
olimpiadada iki mərhələ adladıqdan sonra qəbul imtahanlarına hazırlaşdığıma görə
digər turlarda iştirak edə bilməmişəm. Oxuduğum illərdə məktəbdə keçirilən əksəriyyət
tədbirlərdə iştirak etmişəm. Rus və ingilis dilində tədbirlərdə bəzilərində
aparıcı, bəzilərində isə digər qismdə yer almışam. “Son zəng” tədbirində məktəbin
açarını onunculara təqdim etmişəm. Məzunları “Son zəng” münasibətilə təbrik etmək
üçün radioda çıxış etmişəm.
Ali məktəbdə bütün fənləri həvəslə oxuyuram. Dünya ədəbiyyatını çox
sevirəm. ADPU-nun “Gənc müəllim” qəzetinə şeirimi, “Anomastika” jurnalına isə məqalələrimi
nəşrə verirəm.
Universtetdə ilk dərs günümdə akademik Afat Qurbanovun mənə verdiyi
xeyir-duası həmişə qulaqlarımda səslənir. I kurs dövründə ədəbiyyatşünaslıq fənnini
tədris edən professor Abbas Hacıyevin dərsdə mənə dediyi “Sən lirik şairsən”
cümləsi ədəbiyyat yolunun həyatımda düzgün seçim olduğunu bir daha anlatdı.
Akademik Afat Qurbanov, professor Buludxan Xəlilov, professor Himalay Qasımov
kimi mütəxəssislərlə ünsiyyət qurub, onların işlədiyi fakultədə təhsil aldığıma
görə fəxr edirəm. Mənə göstərdiyi dəstək və köməyə görə valideynlərimə
borcluyam.
ADPU-da işləmək istəyirəm. Professor pilləsinə yüksəlib, xalqıma
layiqli deputat olmaq istəyirəm. Müəllimin ən böyük sevinci onun əkdiyi
toxumların sağlam böyüməsidir. Mən də öz xoşbəxtliyimi yeni biliklərə yiyələnməkdə
və onları paylaşmaqda vasitəçi olmaqda görürəm.
İlk dəfə şeirim qəzetdə çıxanda sevincimin həddi-hüdudu yox idi. Qəzetdə
çıxmış kiçik bir şeir məni dünyanın ən xoşbəxt insanı etdi.
Ötüb keçən
Ötüb keçən illərimdə,
Açılmamış butam qalıb.
Qoxulanmış güllərimdə,
Sevilməyən qönçəm qalıb.
Ötüb keçən illərimdə,
Yaralanmış qəlbim qalıb.
Göydə uçan quşlarımda,
Sınmış qanadım qalıb.
Ötüb keçən illərimdə,
Baxılmayan gözüm qalıb.
Yağan yağış damcısında,
Bir cüt göz yaşlarım qalıb.
Ötüb keçən illərimdə,
Yazılmayan günüm qalıb.
Xəzan olan çağlarımda,
Saralmamış gülüm qalıb.
Ötüb keçən illərimdə,
Ağarmayan telim qalıb.
Yaşanmış illərə dəyən,
Yaşanmamış günüm qalıb.
Sən və mən
Deyirsən ki................
Tər lalədir yanaqların,
Badamdır ala gözlərin.
Gözlərin bir aləmdir,
Sanki saçan günəşdir.
Günəşdir yoxsa sənsən,
Qəlbimizi isidən.
İsidən, yandıran, yaxan,
Gözəlim niyə susursan?
Susursan axı niyə sən?
Sən ruhumda ürəksən,
Ürəyimsən
döyünürsən,
Ömrümdə ulduzumsan.
Ulduzumsan sayrışırsan,
Sanki yağış damlasıyla,
Dama-dama sevginlə,
Süzülürsən canıma.
Deyirəm ki...................
Susuram ağrıyır qəlbim,
Yanır kövrək ürəyim.
Ürəyim,, gülün solar danışmaqdan,
Könlü
yanar ağlamaqdan,
Yanmaqdansa susuram,
Səni
qoyub gedirəm.
Gedirəm
xəyallarında yaşat məni!
Elə
gördüyün kimi.
Kimi
sonacan sevər,
Kimi
yarıda qoyar.
Qoyuram mən sənə
Öz
sevgimi əfsanə.
Əfsanə
burda bitir,
Xəyalım
gözdən itir.
Комментариев нет:
Отправить комментарий