elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 сентября 2012 г.

Nərimanov Kamran Rauf oğlu

Kamran ailənin ilk övladı olduğundan onun dünyaya göz açması böyük sevinc və həyəcanla qarşılanıb. Ona hansı adın verilməsi hər bir ailə üzvü üçün məsuliyyətli iş idi. Sonda qərarımız Kamran adı oldu. Deyilənlərə görə Kamran - müdrik deməkdir. Kamran 22 il ərzində seçimin nə qədər düzgün və dəqiq olduğunu sübut edir.
Kamranın xarakterinin əsas xüsusiyyətləri həyatının ilk günlərindən özünü büruzə verib. O, yaşına xas olmayan təmkinliyi ilə seçilib. Texnikaya marağı kiçik yaşlarından özünü göstərib. Kamran digər uşaqlar kimi oyuncaqlarını sındırıb tullamağa deyil, əksinə onları ayrı-ayrı hissələrə ayırıb yenidən qurmağa çalışıb. Konstruktorlara marağı ilə seçilib. Çox tez kosmosun sirləri ilə, fizika elmi ilə maraqlanmağa başlayıb. Zəngin fantaziyası ilə seçilib. Uşaqlıqda valideynlərini sorğu-suala tutmaqla “incidib”. Yay tətili günlərində həyət uşaqlarını ətrafında toplayıb müxtəlif teatr səhnəcikləri, ŞHK tiplı oyunlar təşkil edirdi.
İbtidai siniflərdə yoldaşlarından xüsusi bir qabiliyyəti ilə seçilmirdi. V sinifdən başlayaraq onda sanki ikinci nəfəs açıldı. Hər bir işdə birinci olmaq, yoldaşlarını öz arxasınca aparmaq qabiliyyəti kimi xüsusiyyətlər özünü göstərdi.
Kamran Rauf  oğlu Nərimanov 27 may 1990-cı ildə Bakı şəhərində anadan olub. Sabunçu rayonundakı 74 saylı orta məktəbin məzunudur. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasina təqdim edərək yüksək balla qəbul olub. 2011-ci ildə dövlət və bələdiyyə idarəçiliyi ixtisasi üzrə bakalavr dərəcisini alıb. Həmin il MBA proqrami ilə Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə maqistr pilləsinə daxil olub. Azərbaycan Respublikasinin Milli Ordusu sıralarında hərbi xidmət keçib.
Orta məktəbin yuxari siniflərində təhsil alarkən “Abituriyent” jurnalında akademiya haqqında məlumat ilə taniş olduqdan sonra Kamranda oranın tələbəsi olmaq arzusu baş qaldırıb.
Orta mərtəbi əla qiymətlərlə başa vurub. Ən sevimli fənni fizika olub. Orta məktəb illərində hər il müxtəlif fənlər üzrə keçirilən bilik olimpiadalarinda, məktəbdə təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak edib.
Ali məktəbdə sevimli fənləri fəlsəfə və iqtisadiyyat olub. Akademiyanin “Şən və Hazircavablar Klubu”nun İnDİA komandasinın fəal iştirakçısı olub. İnformasiya-kommunikasiya texnologiyalarına həsr olunmuş V beynəlxalq konfransda məruzəçi kimi çıxış edib.
Kamran: “ - Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə müəllimlərimə və valideynlərimə borcluyam.
Ali məktəbə qəbul olmağı qarşıma bir məqsəd olaraq qoymuşdum və qəbul olunacagıma böyük ümid bəsləyirdim.
Ali məktəbi bitirdikdən sonra ixtisasim üzrə dövlət strukturlarında işləməyi arzulayiram.
Xoşbəxtliyi hər bir şəxsin vətənə layiq vətəndaş, böyük şəxsiyyət kimi təsdiqlənməsində görürəm. 
Asudə vaxtlarımda fəlsəfi ədəbiyyət, intibah və müasir dövr incəsənət tarixi ilə maraqlanıram. Klassik musiqi dinləməyi xoşlayıram.
VI sinifdə təhsil alarkən Rusiya səfirliyi tərəfindən şagirdlərin intellektual bilik səviyyəsinin yoxlanılması məqsədi ilə təşkil olunmuş yarışda istirak etmişdim. Göstərdiyim yüksək nəticəyə görə ikinci tura dəvət olunmuşdum. Bu uğur məndə özümə olan inamı daha da artırdı. Məktəb illərində idmanın karate və basketbol növləri ilə məşğul olmuşam. Karate üzrə yaşıl kəmər dərəcəsinə çatmışam.
Şəxsiyyət kimi özünü təsdiqləmək istəyən hər bir insan kimi, mən də tarixin yaddaşında yaşamaq istərdim. Bunun üçün yuxarıda qeyd etdiyim kimi dövlətimizin gələcək rifahı üçün var qüvvəm ilə çalışmaq niyyətindəyəm”.
e-mail: nicker111@mail.ru

Комментариев нет:

Отправить комментарий