elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 сентября 2012 г.

Fərəməzova Pəri Yaşar qızı


Ailənin ilk övladıdır. Pəri ulu nənəsinin adınıdaşıyır. Babası bu adı nəvəsinə verməklə həm nənəsinin adını yaşatmaq istəyini nümayiş etdirib.
Pəri Yaşar qızı Fərəmərova 1994-cü il iyunun 16-da Qusar rayonu Gündüzqala kəndində anadan olub. Hələ məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmişdi. 2000-ci ildə I sinfə gedib. Orta təhsilini Gündüzqala kənd orta məktəbində alıb. İbtidai təhsili rus dilində, əsas təhsili Azərbaycan dilində alıb. 2011-ci ildə orta məktəbi bitirərək 536 balla ADPU-nun riyaziyyat fakultəsinə daxil olub.
O hələ balaca vaxtlarımdan riyaziyyata maraq göstərib. Babası riyaziyyat müəllimi olduğu üçün sevimli nəvəsinin də onun yolunun davamçısı olmasını istəyib. Elə bu niyyətlə də uşaq yaşlarından Pəridə riyaziyyata maraq oyadıb. Yeri gəlmişkən Pərinin babası da ADPU-nu bitirib. Deməsinə görə elə bu səbəbdən dolayı Pəri də mən həmin universitetdə təhsil almağı arzulayıb. Və çox şükür ki, sonda istəyinə nail olub.
Təəssüf ki, sevimli nəvəsinin onun davamçısı olacağı günü səbirsizliklə gözləyən babaya həmin günü görmək nəsib olmadı. Qəbul imtahanlarından bir neçə gün əvvəl dünyasını dəyişdi. Bu hadisədən Pəri möhkəm sarsılmışdı. Amma özünü əla alıb imtahana hazırlaşdı. Axı bir növ babasına söz vermişdi. Sevimli babasının arzusunu yerinə yetirməyə borclu idi. Nəhayət ali məktəbə, özü də babasının da istədiyi ixtisasa qəbul olduğunu eşidəndə Pərinin sevincdən qanad açıb uçacağını zənn etmək olardı.
Pəri: “ - İxtisasım üzrə babam güclü mütəxəssis hesab edirəm. Orta məktəbdə oxuduğum illər ərzində əlaçı olmuşam, olimpiadalarda iştirak etmişəm. Ali məktəbdə də dərslərimi yaxşı oxuyuram. Artıq birinci semestr imtahanlarını vermişəm. Bütün imtahanlardan “A” alıb, əlaçı olmuşam. Bu semestr ərzində ən sevdiyim fənlər riyazi analiz və alqorifmlər nəzəriyyəsi oldu. Çalışıram ki, ailəmə, ən əsas da vətənim Azərbaycana layiqli övlad olum. Bu günkü uğurlarıma görə bütün müəllimlərimə, xüsusən də Nizami və Namik müəllimə çox minnətdaram. Hər bir uşağın həyatda özünə yol seçməsində ilk müəllimin müstəsna əhəmiyyəti vardır. Mənim də bu günkü uğurlarımda ibtidai sinif müəllimim Təranə xanımın çox böyük rolu vardır. Həqiqətən də, şagirdlərinə ana qayğısı ilə yanaşan, şagirdlərinin savadlı, vətənə layiqli övlad kimi yetişməsində çox böyük səy göstərən və buna nail olan bir müəllimdir. Hər bir insan həyatda yolunu özü seçir. Pis və ya yaxşı. Ümid edirəm ki, düz yoldayam və həmişə bu yolla gedəcəm. Bu çətin yolda sevdiklərimi də görmək istərdim”. 

1 комментарий: