elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 сентября 2012 г.

Qasımov İdris Şövqi oğlu


İdrisin adını atası qoyub. Babasının adını daşıyır. Böyüdükcə intizamı və tərbiyəsi ilə həmişə həmyaşıdlarından fərqlənib. Ailədə tək uşaq olduğuna baxmayaraq dəcəlliyi və ərköyünlüyü olmayıb. İdris uşaq vaxtlarından heyvanları sevib. İdris Ukraynada anadan olub və 5 yaşına qədər orada yaşayıb və uşaq bağçasına gedib. Heyvanlara sevgisi yaşıdlarının bağçada heyvanlar haqqında danışmasından yaranıb. Vasya adında bir pişiyi var idi və bütün günü onunla oynayardı. İdris məktəbə gedənə qədər valideynlərinin köməyilə yazıb-oxumağı da öyrənmişdi. Onunla bağlı bir maraqlı hadisəni anası bizə də nəql elədi: “ - Onun uşaq vaxtlarından ət yeməməsi ilə bağlı maraqlı bir hadisəni danışmaq istəyirəm. 6 yaşında olanda onu özümüzlə bazara aparmışdıq. Bazardan bir dənə qaz aldığımızı görüb sevindi. Amma qazı kəsdirdiyimizi görəndə ağlamağa başladı. Səbəbini soruşanda - qaz yazıqdır, onu niyə kəsdirirsiniz  - dedi. Biz də məcbur olub qaz almaqdan imtina etdik”.
İdris Şövqi oğlu Qasımov 18 yanvar 1993-cü ildə Ukrayna Respublikasının Zaporojye şəhərində anadan olub. 1998-ci ildə Azərbaycana qayıdıblar. 1999-cu ildə Bakının Nərimanov rayonundakı 77 saylı məktəbin rus bölməsinin I sinfinə gedib. 2007-ci ildə həmin məktəbin VIII sinfindən C. Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2010-cu ildə Hərbi Liseyi uğurla başa vuraraq, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsildən əlavə idmanla məşğul olur, bilgisayar arxasında çox vaxt keçirir.
Qəhrəmanımızı dediklərini sizə də təqdim edirik: “ - Uşaq yaşlarından valideynlərinin Qarabağın, doğma Cəbrayılın, Mehdili kəndimizin işğalda olması ilə bağlı çox söhbətlərini eşitmişəm. Məndə işğalçılara qarşı böyük nifrət oyanıb. Hərbçi ixtisasını seçməyimin ən başlıca səbəblərindən biri də budur. Gün gələcək düşmənlərimizə layiq olduqları cəzanı verəcəyik!
Orta məktəbdə dərslərimi əla oxumuşam. Sevdiyim fənlər Azərbaycan tarixi və ingilis dili olub. Məktəbimizdə keçirilən rus dili olimpiadasında II yeri tutmuşam. Ali məktəbdə də dərslərimdə müvəffəqiyyət qazanıram. Ən çox üstünlük verdiyim fənlər ingilis dili, taktika, topoqrafiya və sözsüz mənim həyatımda daim öz əksini tapacaq nizamnamədir. İki turdan ibarət tələbələrin XVI respublika fənn olimpiadasında ingilis dili üzrə iştirak etmişəm və IV yeri tutdum. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ictimai işlərində fəal iştirak edirəm.
Həyatımda ən maraqlı hadisə 18 yanvar 1998-ci ildə doğma Azərbaycanda, qohum-əqrəbanın əhatəsində 5 yaşımı qeyd etməyimdir. İlk dəfə idi ki, doğum günümü vətənimdə qeyd edirdim. Seçdiyim ixtisasa görə ilk növbədə valideynlərimə minnətdaram. Çünki onlar məni vətənpərvərlik ruhunda böyüdüblər. Mənim üzərimdə böyük zəhmətləri olan komandirlərimə oxşamaq istəyirəm. Daim öz hərəkətləri ilə bu ixtisası seçməyimin sevincimi artırıblar. Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə ilk növbədə mənə dərs demiş orta məktəb müəllimlərimə, C. Naxçıvanski adına Hərbi Lisey nüəllimlərimə çox minnətdaram. Onların mənim bu pilləyə yüksəlməyimdə əməkləri böyük olub.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olduğum gün sevincimin həddi-hüdudu yox idi. Ali məktəbi qurtardıqdan sonra Azərbaycan üçün güclü bir zabit olmağı arzulayıram. Məqsədim Qarabağı, Cəbrayılı, əqrabalarımın uyuduğu doğma Mehdili kəndimizi düşmən işğalından azad etməkdir.
Asudə vaxtlarımda dostlarımla gəzməyi, futbol oynamağı və seyr etməyi, internetdə vasitəsilə məlumat toplamağı çox sevirəm.
Hər bir insanın arzuladığı kimi mən də bir şəxsiyyət kimi tarixin yaddaşında yaşamaq istəyirəm. Ancaq oxumaq, yeni-yeni biliklərə yiyələnmək, cəmiyyət içərisində özümü görsətməklə buna nail ola bilərəm”.   
e-mal: idris-gasimov@mail.ru, kursant77@hotmail.com

Комментариев нет:

Отправить комментарий