elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 сентября 2012 г.

Balıyeva Çinarə Allahverdi qızı

 
O illərdə N. Xəzrinin əsəri əsasında bir film çəkilmişdi. Çinarə həmin filimdəki əsas obrazlardan birinin adıdır. Bu adı qardaşı təklif olunan bir neçə ad içərisindən seçib. O zaman qardaşı 2 yaş 3 aylıq idi. Çox şirin-şirin bacısını “Çini” deyə çağırardı. Hətta bu gündə bu kəlmə ailə və qohumlar arasında daha çox işlənir.
Çinarə körpəlikdə həddən artıq sakit bir uşaq idi. Anası qiyabi təhsil alması ilə əlaqədar övladlarının hər ikisini nənə-baba yanında qoyub getməli olurdu. Bu zaman Çinarə atasına daha çox bağlanırdı ki, həmin bağlılıq bu gün də davam etməkdədir. Məktəbə gedənə qədər bir qəribəliyi var idi. Tez-tez paltar dəyişərdi, bəzən gündə 3-4 dəfə. Çinarənin 5 yaşı olanda yaşadığı ərazidə yeni bir uşaq bağçası açılmışdı. Onu bağçaya yazdırdılar. Bu zaman o, artıq məktəbli olan qardaşından bəzi hərfləri öyrənmişdi. Məktəbə gedənə qədər bütün hərfləri tanıyır, sadə misal və məsələləri həll edə bilirdi.
Məktəbə getdikdən sonra hər şeyə məsuliyyətlə yanaşma bacarığı, intizamlı olması, böyüklərə hörmət ruhunda aldığı tərbiyə onu tezliklə məktəbin seçilən şagirdləri sırasına daxil etdi. Bədii əbəiyyata, poeziyaya böyük marağı onun yolunu müəyyənləşdirdi.
Çinarə Allahverdi qızı Balıyeva 1983-cü ildə oktyabrın 20-də Ağsu şəhərində anadan olub. 1989-cu ilin sentyabrında 4 saylı orta məktəbdə təhsil almağa başladı və 11 illik təhsilini 2000-ci ildə elə həmin məktəbdə başa vurdu. 2001-ci ildə BDU-nin filologiya fakültəsinə, Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul oldu. 2005-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdi. 2006-cı ilin may ayından həmin universitetin humanitar fakültələr üzrə fəlsəfə kafedrasında baş laborant vəzifəsində çalışır. Sumqayıt Dövlət Universtetinin qiyabi şöbəsində magistr təhsili alır.
Orta məktəbdə oxuduğu ilk illərdə müxtəlif sənət və peşələrə maraq göstərirdi. Bəzən həkim, bəzən modelyer, hətta dərzi də olmağı düşündüyü vaxtlar olub. Yaşı irəlilədikcə humanitar elm sahələrinə marağı daha çox artdı. Digər tərəfdən hətta ibtidai sinifdə oxuduğu vaxtlarda ölkənin ictimai-siyasi həyatı ilə yaxından maraqlanıb. Yaşıdları oyunlar oynadığı halda o saatlarla televizya qarşısında oturub “Xəbərlər” proqramını izləyib. Ölkəmizdə baş verən hadisələr, ermənilərin törətdiyi vəhşiliklər onun həyatında dərin yaralar açırdı. Hətta rayonda keçirilən etiraz mitinqlərində iştirak edirdi. 20 Yanvar hadisələrinin ildönümündə rayonda geniş tədbir təşikl olunmuşdu. Həmin tədbirdə B. Vahabzadənin 20 Yanvar gecəsindən bəhs edən “O gecə” şeirini demişdi. Tədbir iştirakçıları şeirin təsirindən uşaq kimi ağlamışdılar. Elə o gün düşündü ki, jurnalist olacaq. Azərbaycanın haqq sözün, haqq səsin ucaldacaq. Ürəyindəkiləri yazıb hamıya bəyan edəcək. İllər keçdikcə bu arzu onunla böyüdü. Məktəbdə V sinifdə XI sinfə qədər “Çeşmə” adlı sinif qəzetinin redaktoru oldu. Qəzetə çox böyük həvəslə məqalə yığırdı. Ürək sözləri kiçik çeşmə kimi qaynamağa başladı. Qəbul imtahanlarında da birinci jurnalistika fakültəsini qeyd etmişdi. Jurnalistika filologiyanın bağrından qopub yaranmış bir fakültədir.
Universitetə qəbul olduqda Nizami Gəncəvinin məhşur beytini xatırladı.
Kamil bir palançı olsada insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Düşündü ki, madam bu fakültəyə daxil olub ixtisasını sevə-sevə öyrənməlidir. O, təbiətən narahat və məsuliyyətli bir insandır. Ən xırda bir işi başa çatdırmayınca rahat ola bilməz. Bu məsuliyyəti sayəsində çox az hallar olurdu ki, dərsə hazırlıqsız gedərdi. Dərslərindən həmişə əla qiymətlər alırdı. Humanitar fənləri isə xüsusi diqqələ oxuyurdu. Ədəbiyyatı lap kiçik yaşlarında ona anası sevdirmişdi. Saatlarla oturub anasının Bəxtiyar Vahabzadənin şeirlərini, poemalarını oxumasını dinləyirdilər. Tarix, filologiya, insan cəmiyyəti oxumaqdan zövq alırdı.
Orta məktəbdə oxuduğu vaxtlar ilk dəfə VIII sinifdə oxuyanda məktəbini təmsil edən komandaya daxil oldu. İlk yarışda II yeri tutmağının sevincini yaşadı. Onlara xatirə hədiyyəsi olaraq qol saatı bağışlamışlar. Sonrakı il isə məktəbi III yeri qazandı. Məktəblərarası olmpiadalardada iştirak edirdi. XI sinifdə oxuyanda rayon üzrə tarix olimpiadasındada II yerə layiq görülmüşdü. Məktəb tədbirlərində də xüsusi aktivlik göstərirdi. Təşlikatçılıq qabiliyyətini müəllimləri çox bəyənirdi. Məktəbdə tez-tez şair və yazıçıların yaradıcılıq gecələri keçirilirdi. Bu gecələrdə şeirlər söyləyirdi.
Ali məktəbdə də dərslərini məsuliyyətlə oxuyurdu. Burada qarşısında yeni bir dünya açılmışdı. Müxtəlif elmi nəzəriyyələr, yeni fikirlər, predmetlərə mübahisəli yanaşmalar, elmi diskussiyalar, müəllimlərin mübahisələri onun Azərbaycan dilçiliyini və ədəbiyyatına olan marağını günbəgün artırdı. Xüsusi ilə Azərbaycan və ümimi dilçilik fənlərini oxumaqdan mənəvi zövq alırdı. İxtisası ilə bağlı fənlərin hamısını çox sevirdi. Dil dərslərinə diqqətini daha çox yönəltmişdi. Qərara almışdı ki dilçi olacaq. Elə bu səbəbdən də Sumqayıt Dövlət Universtetinin magistr pilləsinə Azərbaycan dili ixtisasına qəbul oldu. Universitetin bakalavr piləsində oxuduğu illərdə ali məktəb tələbələrinin XIX respublika elmi konfransda “Qayıdış əvəzliyi haqqında” adlı tezislə, XX konfransda isə “Azərbaycan dili say birləşmələri arasında sintaktik əlaqələr” adlı tezislə çıxış etdi. Hər iki tezis konfrans materiallarında çap olundu.
29 illik həyatında xatırladığı ən uğurlu günü 30 iyun 2005-ci il olub. Bu tarix onun üçün əlamətdardır ki, tələbə yoldaşları arasınsa birinci olaraq fərqlənmə diplomu alıb. Bütün qiymətləri əla olduğu üçün fəxri fərmanla da təltif olunub. Bunlardan daha qiymətlisi isə rektorun adından valideynlərin ünvanlanmış təşəkkür məktubu idi. 2 il öncə qardaşı həmin məzmunlu məktubla valideynlərini sevindirmişdi. Valideynlərinin sevinci, fərəhi onun ən böyük uğurudur.
Ümumiyyətlə ali təhsil almağında valideynlərinə və müəllimlərinə borclu olduğunu düşünür. Sırf  bu sənəti seçməyində isə əsas rolu olanlar ali məktəbdə ona ixtisas fənlərini tədris edən müəllimləri olub. Xüsusilə də professor Bayram Əhmədovun rolunu qeyd etməlidir. O təsadüflərin zərurətdən doğduğuna inanır. Həmin müəllim hazırlıq kursunda ona ilk dərsi keçmişdi. Sentybrın 1-də universitet auditoriyasında ilk dərsə girdiyi vaxt Bayram müəllimlə qarşılaşmışdı. Onu görəndə çox sevindi. Oxuduğu 4 il müddətində Bayram müəllimlə aralarında gözəl müəllim-tələbə münasibəti yarandı.
Buraxılış işində ona elmi rəhbər olan f.e.d Tofiq Hacıyeva (Müzəffəroğlu) oxşamaq istərdi. Tofiq müəllimin Azərbaycan dilinin hər sahəsini mükəmməl bilməsi doğrusu onda heyrət oyadırdı. Onun kimi savadlı olmaq, öz sahəsinin bütün dərinliklərinə yiyələnmək istərdi.
Qəbul imrtahanında göstərdiyi nəticələrə görə orta məktəbdə tarix müəllimi olmuş Dilarə xanıma, ədəbiyyat müəllimi Yaqut xanıma minnətdardır. Həmişə adını çox hörmətlə xatırladığı tarix müəllimi Qabil Əliyev isə tarixi öyrənməyin qanunauyğunluqlarını öyrətdi. Coğrafiya müəllimi Bəlqiyyə Paşayeva və ingilis dili müəllimi Zenfira xanıma da çox minnətdardır.
Arzusu ali məktəb müəllimi olmaq və BDU-da ixtisası üzrə dərs deməkdir. Xoşbəxtliyi yaxşı övlad, yaxşı valideyn, yaxşı vətəndaş olmaqda görür. Daha sonra çalışmaq, cəmiyyətdə müəyyən mövqe tutmaq lazımdı. Çox şükür Allahına ki,o bu gündə müəyyən mənada özünü xoşbəxt hiss edir. BDU-nunu aspiranturasına qəbul ola bilsə və həmin tədris müəssəsində müəllim kimi auditoriyaya girmək, tələbələrə dərs demək ona qismət olsa özünü çox xoşbəxt sayar.
Asudə vaxtı o qədər də olmur. Vaxtı olanda çalışır ki ixtisası ilə bağlı monoqrafiyalar oxusun və bir də televizyada gedən intellektual verlişlərə baxmağı xoşlayır. Yay fəslində gəzintiyə getməyi çox sevir. Azərbaycanı qarış-qarış gəzmək arzusundadır.
Ağsu Şəhər 4 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Yaqut Mütəllimzadənin Çinarə haqqında ürək sözləri: “ - Mən Çinarəyə dərs deməyə başlayanda artıq dövran dəyişmişdi. Bacarıqlı, savadlı uşaqlar azalmışdı. Sinfə daxil olanda Çinarənini istedadını, qabiliyyətini, zəhmətsevərliyini onun gözlərindən oxudum. Çinarəyə bir neçə il dərs dedim. O çox oxuyur, çox çalışır, çox öyrənirdi. Heç yoruldum deməzdi. Bu balaca qızcığaz tez-tez müxtəlif suallar verərdi, yeni-yeni məlumat toplayardı. Onun gələcəyinin parlaq olacağına inanırdım. Daim məktəbdə keçirilən yığıncaqların təşkilatçısı olardı, bilik yarışmalarında, olimpiadalarda məktəbi təmsil edərdi. Allah zəhmətini itirmədi. Mənim həmkarım, davamçım oldu. Çox dəyanətli, fədakar idi. O üzərinə düşən məsuliyyəti başa düşən və hər bir işin öhdəsindən gələn bir qızdır.
Əlçatmaz zirvələr fəth edəsən, mənim balam. Həmişə sorağını uca kürsülərdən alım. Daim müəllimlərinə, valideynlərinə fərəh gətirəsən. Arzularına çatıb yaxşı mütəxəsis, gözəl insan, qayğıkeş ana olasan!"

Комментариев нет:

Отправить комментарий