Gülçin Firudin qızı Seyidova 1982-ci il iyulun 2-də Bakı şəhərində ziyalı ailəsində
dünyaya göz açıb. Anası dahi Hüseyn Cavidə böyük məhəbbət bəsləyir. Elə buna
görə də dahi yazarın təxəllüsünü övladına qoyub.
Körpəlikdə
olduqca sakit uşaq olan Gülçin həmişə ətrafdakıların sevimlisi olub. Davranışı,
nizam-intizamı, ədası, nazı ilə uşaq bağçasındakı yaşıdlarından seçilirdi.
Hətta
bağçada keçirilən müsabiqədə “Gözəllər gözəli” tituluna layiq görülmüşdü. Dostlarının
əksəriyyəti oğlanlar olurdu, onlarla söz-söhbəti necə deyərlər, yaxşı tuturdu.
Gülçin
yazıb-oxumağı bağçada öyrənmişdi.
1989-99-cu illərdə 207 saylı orta məktəbdə təhsil
alan Gülçin bütün fənlərə eyni həvəslə yanaşırdı. Axrıncı siniflərdə təhsil
aldığı illərdə riyaziyyatçı olmaq istəyirdi. Valideynləri isə onun ingilis
dilində danışması ilə fəxr edirdilər. Məhz bu səbəbdən Gülçin ingilis dili üzrə
tərcüməçi peşəsini seçib.
Gülçin 1999-cu ildə Azərbaycan Dillər
Universitetinin dilşünaslıq-sinxron tərcümə fakültəsinə qəbul olub, bakalavr və
magistr dərəcələrini də bu universitetdə alıb. Gülçin universitet həyatını son
dərəcə maraqlı və unudulmaz hesab edir. Ən sevimli müəllimlərindən biri ingilis
dilinin qrammatikasını tədris edən Mənsurə xanımla da burada tanış olub. Universitet
illərində qrup yoldaşları və digər dostları ilə birgə kiçik təşkilat yaratmaq qərarına
gəlirlər. Təşkilatın ümumi məqsədi Azərbaycan üçün nə isə etmək idi.
Universitetin
magistratura pilləsində oxuduğu illərdə “İnternyus Network” Azərbaycan nümayəndəliyində
məşq əlaqələndiricisi vəzifəsində çalışmağa başlayıb. ADU-də təhsilini
başa vurduğu il ABŞ universitetinə qəbul olunub. Eyni zamanda universitetdə ona
müəllim kimi işləmək də təklif olunur. O, müxtəlif kurs tələbələrinə ünsiyyətin
başlanğıcı fənnindən dərs deyir, özü isə peşəkar ünsiyyət sahəsində magistraturada oxuyurdu. Qayıdan
kimi “İnternyus
Azərbayca”n
İctimai Birliyi ona Məşq
və İctimai Əlaqələr Departamentinin direktoru vəzifəsini təklif etdi. Gülçin bu təklifi sevə-sevə
qəbul etdi. 9 ay həmin təşkilatda çalışdıqdan sonra BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığında ictimai
iəsələlər üzrə məsləhətçi vəzifəsində
fəaliyyət göstərməyə başladı. Hazırda həmin vəzifənin öhdəsindən məharətlə gəlir.
Riyaziyyat müəllimi Fərman Qasımovun sevimli və
unudulmaz şagirdi Gülçin haqqında düşüncələri: “ - Gülçin bütün fənləri
çalışqanlıqla oxuyurdu. O, sinifdə hamı tərəfindən sevilən, seçilən, hörmət
edilən lider şagird idi. Gülçin onun barəsində olan yüksək fikirlərimizin dəyişməsinə
əsla yol vermədi. İstedadlı və zəhmətkeş olduğu üçün mən onun parlaq gələcəyinə
inanırdım və belə də oldu. Ali təhsilini başa vurduqdan sonra istedadlı gənc
kimi xaricə göndərildi və orada işləyə-işləyə təhsilini davam etdirdi. Gülçin
xanım bizim hamımızın, Azərbaycanımızın fəxr edə biləcəyi gənclərdən biridir. Əminəm
ki, unudulmaz şagirdim Gülçin hələ bundan sonra da öz sözünü deyəcək, elmin və
həyatın çətin yollarında zirvələr fəth edəcək. Uğurlar olsun!”
Комментариев нет:
Отправить комментарий