elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 сентября 2012 г.

Zeynallı Orxan Nicat oğlu


Orxan uşaqlıqda nadinc olub, onun fikirini cəlb etmək üçün anası pianoçu olaraq, yaninda otuzdurub fortepianoda müxtəlif əsərləri ifa edirdi. Orxan nəinki uşaq repertuarina həmçinin ciddi klassik əsərlərə maraq göstərirdi.
Məktəbə gedənə qədər Orxan həm yazıb-oxumağı, həm də saymağı bilirdi. Anası onun üçün maraqlı “Əlifba” almışdı, bu da Orxanın inkişafında böyük rol oynayırdı.
Uşaqlıqda Orxan dahi alman bəstəkarları İ. S. Bax və L. van Betxovenin əsərlərinin ifa etməyi anasından tez-tez xahiş edirdi. Bir gün anası İ. S. Baxın prelyudiyasını Orxana təqdim edəndə çox ciddi qulaq asırdı. Bir neçə saatdan sonra Leyla xanım tanış musiqini eşidib otağa daxil olanda Orxanın həmin prelyudiyanın fraqmentlərini fortepianoda təkrarladığının şahidi olur.
Orxan Nicat oğlu Zeynallı 25 iyun 1986-cı ildə Bakı şəhərində anadan olmuşвгк. 1993-cü ildə Bül-Bül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub, 2004-cü ildə həmin məktəbi bitirib. 2004-cü ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2010-cu ildə akademiyanın maqistratura pilləsini bitirib. Hazırda BMA-nın nəfəs və zərb alətləri kafedrasının baş müəllimi vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda dissertasiya işi üzərində çalışır.
Orxanın musiqiyə marağının necə yaranması, fəaliyyəti barədə öz fikirlərini öyrənək: “ - Mən musiqi ilə uşaqlıqdan maraqlanırdım. O vaxtlar mən heç təssəvür elyə bilməzdim ki, bu mənim ixtisasım olacaq. Anam pianoçu olaraq musiqiyə olan marağımı daha da inkişaf etdirirdi. Məktəbdə 8 il ərzində təcrübəli müəllim və gözəl insan Elmira Mustafayevanın sinfində fortepiano ixtisası üzrə oxudum. IX sinifdə professor Ələkbər İsgəndərovun sinfinə, fleyta ixtisası üzrə daxil oldum və musiqi sənətini davam etdirməyə qərara gəldim.
Orta məktəbdə yaxşı və əla qiymətlər alırdım. Ən çox bədən tərbiyəsi, cəbr, coğrafiya və musiqi ədəbiyyatı fənlərindən xoşum qəlirdi. 2004-cü ildə nəfəs və zərb alətləri ifaçılarının F. Əmirov adına VII müsabiqəsində iştirak edib I dərəcəli diplomla təltif edilmişəm. Həmin ildə N. Əliverdibəyov adına gənc ifaçılarının IV ümumşəhər müsabiqəsində iştirak edib I yer tutmuşam. 2004-cü ildə məktəbi bitirərkən tərifnamə və fərqlənmə diplomlu ilə təltif edilmişəm.
Ali məktəbi də fərqlənmə diplomu ilə bitirmişəm. Müxtəlif salonlarda keçirilən konsertlərdə iştirak etmişəm.
Həyatda biz hər gün müxtəlif hadisələrlə rastlaşırıq. Hər bir gün xoş təəssürat bəxş edə bilər. Mənim fikirimcə qarşıma qoyulan məqsədə doğru qedib, bu məqsədin öhdəsindən gəlmək uğur qazanmaq üçün ən yaxşı yoldu.
İxtisasım üzrə öz müəllimlərim - professor Yusif Axunzadə və professor Müzəffər Ağamalızadə mənim idealımdır.
Asudə vaxtlarımda dostlarımla görüşüb vaxt keçirdirəm, avtomobil aləmi ilə bağlı məlumatlarla maraqlanıram”.
Orxanın fəaliyyəti barədə zaman-zaman kütləvi informasiya vasitələrində, daha dəqiqləşdirsək “Zerkalo” və “Vışka” qəzetlərində məqalələr dərc olunub.

Комментариев нет:

Отправить комментарий