Zəminə
Qafur qızı Abdullayeva 1990-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olub. Onun
adını anası Mətanət xanım qoyub. Zəminə nənəsinin dünyadan köçdüyü gün dünyaya
gəlmişdir. Elə bu səbəbdən də Zəminəyə ailədə məxsusi münasibət bəslənilirdi.
Zəminə
körpəlikdə çox həssas, sözə baxan, mehriban bir uşaq idi. Kiçik yaşlarında bir
mahnı eşitdikdə zümzümə edirdi. Bağça yaşlarında bütün şənliklərdə həmişə Qar
qız, Bahar qız obrazlarını oynayırdı.
Məktəbə
gedənə qədər yazıb-oxumağı bacarırdı. Uşaq bağçasında öyrənmişdi. Buna görə də
artıq beş yaşında - 1996-cı ildə T. İsmayılov adına 6 saylı “İntellekt” liseyinin
I sinfinə gedib. Orta məktəbdə dərslərini orta qiymətlərlə oxuyub. Ən sevimli fənləri
tarix, kimya, biologiya olub. Məktəbdə tədbirlərdə daha çox səhnələşdirilmiş əsərlərdən
şeir parçaları deyib və aparıcılıq edib.
2000-ci
ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin qanun ixtisası üzrə II sinfinə
daxil olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirdikdən sonra
2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə
daxil olub. Ali məktəbdə breyn-rinq yarışlarında iştirak edib. 2007-ci ildə I
yerə layiq görülüb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “Qız qalası”
xorunda 5 il oxuyan Zəminə, müxtəlif zamanlarda YAP-ın qurultaylarında, Yeni
il, Novruz bayramlarında, H. Əliyev adına sarayda konsertlərdə çıxış edib. Bu
çıxışlar televiziya vasitəsi ilə yayımlanırdı. “Qız qalası” xorunun bir neçə
klipində və K. Səfərəliyeva adına gənc istedadlar festivalında da məruzə ilə
çıxış edib. 2005-ci ildə nəzəriyyə ixtisasına keçib.
Asudə
vaxtlarında özü üçün salfetlər, uşaq geyimləri və s. toxuyur. Rəngli
muncuqlardan bəzək əşyaları düzəldir. Ədəbiyyatla çox maraqlanır. Xarici ədəbiyyatdan
Hüqonun “Səfillər”, Dümanın “Qraf Monte Kristo”, rus ədəbiyyatından Puşkinin “
Kapitan qızı”, Azərbaycan ədəbiyyatından İlyas Əfəndiyev, Salam Qədirzadənin əsərlərini,
Bəxtiyar Vahabzadənin, Nüsrət Kəsəmənlinin şeirlərini oxuyur.
İxtisası
üzrə məşhur musiqişünaslara oxşamaq istəyir və onlar kimi yaxşı mütəxəssis
olmağı arzulayır.
Qanun
müəllimi Məlahət Əliyeva belə deyir: “
- Zəminə 2000-ci ilin sentyabrında qanun sinfinə qəbul oldu. İxtisas alətindən
dərs demək mənə həvalə olundu. O zaman Zəminənin 10 yaşı var idi. Qabiliyyət
imtahanlarını verəndə məktəbin direktoru Nigar Cərulla qızının və XÇA şöbəsinin
müdiri Əflaruz müəllimin diqqətini cəlb etdi.
İlk günlərdən Zəminənin musiqi duyumuna, qavrayışına
heyran oldum. Çünki, dərsləri və əlavə tapşırıqları həvəslə, məsuliyyətlə yerinə
yetirirdi. Buna görə də məktəbin bir çox tədbirlərində iştirak edirdi. Ü. Hacıbəyovun,
Niyazinin, F. Əmirovun, T. Quliyevin əsərlərini, xalq mahnıları, “Bayatı-Şiraz”,
“Mahur-hindi”, “Arazbarı” muğamlarını həvəslə ifa edirdi”.
6
saylı məktəbin ibtidai sinif müəllimi Gülşən Orucova belə deyir: “ - İbtidai
sinif uşaqların körpəlikdən tam ayrılmadığı bir dövrə təsadüf edir. Nəzərə
alsaq ki, xarakter artıq 6-7 yaş dövründə tam formalaşır, şagird haqqında ən
doğru fikri məhz ibtidai sinif müəllimi söyləyə bilər. Zəminə çox kövrək, utancaq
olmaqla, tərbiyəli və məsuliyyətli şagird idi. Heç zaman liderliyə can atmasa
da, fərdliliyi ilə nəzəri cəlb edirdi. Hər hansı hadisəyə fərdi münasibəti təmkinli,
axıcı nitqində, dolğun izahında öz əksini tapırdı. Məktəbdə keçirilən “İbtidai
sinif ongünlükləri” çırçivəsində təşkil olunan sərgilərdə əl işlərini daim
nümayiş etdirirdi.
Bütün
bu xüsusiyyətləri onun zövqlü, istedadlı, incəsənətə bağlı olacağından xəbər
verirdi.
Ailə
tərbiyəsi, mədəniyyəti, əhatə olunduğu mühit onun gözəl bir insan kimi yetişməyində
də mühüm rol oynamışdır. Mən gələcəkdə onun yüksək nailiyyətlər əldə edəcəyinə
inanıram, onunla fəxr edirəm”.
Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin nəzəriyyə müəllimi Vəfa Vəzirova: “ - Zəminədə
müşahidə etdiyi biliklərə əsaslanaraq gələcəkdə onun ciddi, əldə etdiyi gözəl
biliklər sayəsində nümunəvi müəllim olacağına inanıram”.
Azərbaycan
Milli Konservatoriyasının baş müəllimi Sevda Mütəllimova Zəminənin gələcəkdə
savadlı bir müəllim, layiqli bir şəxsiyyət kimi yetişməsinə əmindir.
Yaddaşlarda
dünya şöhrətli musiqiçi kimi qalmağı düşünən Zəminə buna daim məsuliyyətlə
çalışmaqla, yeni-yeni axtarışlar etməklə nail olmağı düşünür.
Комментариев нет:
Отправить комментарий