Abbasov Rafiq
Mübariz oğlu 22 may 2004-cü ildə Sumqayıt şəhərində dünyaya göz açmışdır. Rafiq
məktəbə gedənə qədər yazmağı, saymağı, hətta vurma cədvəlini belə bilirdi. Bütün
bunları ona anası Yadigar xanım öyrətmişdir. Rafiq dərslərini çox yaxşı oxuyur
və ən çox sevdiyi fənlər tarix, biologiya, ingilis dili və riyaziyyatdır.
Rafiq ilk təhsilini
Sumqayıt şəhəri 16 saylı məktəbdə alıb. O, bir çox olimpiadalarda və şeir
müsabiqələrində iştirak edib və bir çox fəxri fərmanlarla təltif olunub. 2014-cü
ildə Bilik tədris mərkəzinin sınaq imtahanından yüksək nəticə göstərdiyinə görə,
2012/2013-cü tədris ilində dərslərini əla qiymətlə bitirdiyinə görə fəxri fərmanla
təltif olunmuşdur.
Rafiq gələcəyə çox böyük ümidlər bəsləyir və
onun gələcəklə bağlı maraqlı planları var. Rafiqin ən böyuk arzusu ali təhsilini
Oksford universitetində almaqdır. Əsas hədəfi hakim olmaqdır. ”Mən başqa ölkədə
təhsil alaramsa, universiteti qutardıqdan sonra yenə Azərbaycana qayıdacam və
hakim olacam” deyən Rafiqin nə qədər vətənpərvər biri olduğunu, vətəni, xalqı
necə sevdiyini göstərir. Rafiq 5 yaşından hakim olmağı arzulayır.
Asudə
vaxtlarında üzgüçülüklə məşğul olur, oyun oynamağı və televiziyaya baxmağı
sevir. Futbol həvəskarı olan Rafiq “Real Madrid” azerkeşidir. Bundan başqa
Rafiq bəzən şifahi ifadə edə bilmədiklərini yazıya alır. Rafiq bədii əsərlər
oxuyur. Aşağıdakı şeir nümunəsi Rafiqin duyğularının dilidir.
Payız
Payız gəlir, əsir külək.
Düşür yerə qızıl yarpaq.
Xəzəl olur gül, çiçək.
Qızıl rəngə dönür yarpaq.
Yağış yağır narın-narın,
Almaları yuyur bağda.
Alov kimi rəngi sarı
Şölə
saçır hər budaqda.
Комментариев нет:
Отправить комментарий