Əziz
oxucularımıza təqdim edəcəyimiz Azərbaycanın fəxr olunası övladlarından biri
Abduləliyev Rüfət Rəmzi oğlu 11 dekabr 2006-cı ildə Zərdab rayonunun Şah Sünnü
kəndində doğulub. Rüfət çox ağıllı, eyni zamanda dəcəl olmuşdur. Körpəlikdən
çevik və hər şeyə maraq göstərən olub. Rüfət hərtərəfli uşaqdır və bir çox məşğuliyyətləri
vardır. O, ilk dəfə Bakı şəhərinin 153 saylı məktəbində oxumuşdur. Hazırda isə
Mingəçevir şəhər 16 saylı məktəbdə təhsilini davam etdirir. III sinifdə oxuyan
Rüfət məktəbin çalışqan və fəal şagirdidir. Hər bir şagirdin daha çox maraq
göstərdiyi fənn olduğu kimi Rüfətin də ən sevimli fənni riyaziyyatdır. Tədbirlərə
maraq göstərir və daha çox şeir deməyə üstünlük verir.
Bütün uşaqların irəliləməsində valideynlərin
rolu olduqca böyük olduğu kimi Rüfət də əldə etdiyi bütün uğurlara görə anasına
borcludur. Həmçinin Rüfətin fəaliyyətində xalası qızı Abdulxalıqova Səbinədən
aldığı stimul onun kimi savadlı olmaq istəyidir.
Uşaqlar lap kiçik yaşlardan bir peşəyə maraq
göstərir. Rüfətin də istəyi böyüyəndə polis olmaqdır. Bu da onun qanunu
pozanların əleyhinə olmasından, belə insanları qanuna təslim etmə istəyindən irəli
gəlir. Rüfət asudə vaxtlarını da dəyərləndirə bilir. Dərslərini vaxtında həll
etdikdən sonra boş vaxtlarında maraqlı kitablar oxuyur, sağlamlığının qeydinə
qalaraq idmanla məşğul olur, gəzintiyə çıxır.
Bədii
yaradıcılda şeirə üstünlük verir. Onun gələcək istəyi Polis Akademiyasına qəbul
olmaq, qanunun keşiyində durmaqdır. Arzusuna çatmaq üçün dərslərində müvəffəqiyyətli
olmağa səylə çalışır.
Gələcəyinə ümid bəslədiyimiz yeniyetmələrdən
biri də Rüfətdir. Ağıllı işlər görərək insanların yaddaşında qalmaq istəyi onun
saf niyyətli, xeyirxah olmasından xəbər verir. Arzu edirik ki, Rüfətin gələcəkdə
valideynlərinin ümidlərini doğrultsun.
Bu yolda hər maneəni aşaraq irəliləməkdə Allah
yar və yardımçın olsun.
Комментариев нет:
Отправить комментарий