Azәrbaycanın gәnc istedadlarından biri dә Әli Hüseyndir. O, körpәlikdә çox şən, məsuliyyətli, sözəbaxan uşaq olub. Musiqiyə qulaq asmağı, şeir öyrənməyi, pazl yığmağı, şahmat oynamağı çox sevirdi. Anası Aygün xanımın dediyinə görə mәktәbә gedәnә qәdәr yazıb-oxumağı bilirdi. Dörd yaşından hərfləri tanıyır, beş yaşında artıq oxuya bilirdi. Bunu ona anası öyrәtmişdir.
Əliyev Əli Hüseyn Vüqar oğlu 19 oktyabr 2005-ci ildə Bakı şəhərindә anadan olmuşdur. 132-134 saylı Tәhsil Kompleksindә I sinfə gedib. Hazırda da hәmin mәktәbdә tәhsilini davam etdirir. Dәrs әlaçısı olan Әli Hüseynin әn çox sevdiyi fənlər ədəbiyyat və riyaziyyatdır. Gələcəkdə diplomat olmaq və ölkəmizi xaricdə təmsil etmək istәyir.
Asudə vaxtlarda qardaşı Məhəmmədlə futbol, nərd, şahmat oynayır, bədii ədəbiyyat mütaliə edir, kompüterdə “Global Lab” səhifəsində işləyir. Fortepiano ixtisası üzrә musiqi ilə məşğul olur.
Mәktәbdә keçirlәn bir çox tәdbirlәrdә iştirak edib. Bunlardan bir neçәsinin adlarını sadalamaq istəyirik. Ekologiya Nazirliyinin təşkil etdiyi tədbirlərdə, konfranslarda, müsabiqələrdə iştirakçı olub. Həmçinin məktəbin təşkil etdiyi tədbirlərdə də yaxından çıxış edib.
Ən maraqlı və uğurlu gününü belə xatırlayır: Bir dəfə Ekologiya Klubu konfrans keçirirdi. Konfransda müvəffəqiyyətlə çıxış edənləri tədbirdən sonra sürpriz gözləyirdi. Bizi İçərişəhərdə yerləşən “Karvansaray” restoranına Təhsil naziri Mikayıl Cabbarovla görüşə apardılar. Gözəl çay süfrəsi arxasında Nazirlə şirin və səmimi söhbətimiz oldu. Sual-cavablar çox maraqlı və yaddaqalan oldu.
Әldә etdiyi uğurlarına görә atasına və anasına özünü borclu hesab edən qəhrəmanımız atasına oxşamaq istәdiyini vurğulayır. Әli Hüseyin istәyir ki, məşhur olaraq zirvələrə çatsın.
Gələcəkdə diplomat olmaq və ölkəmizi xaricdə təmsil etmək istәyir. İngilis və fransız dilindən başqa alman dilini də öyrənmək və Almaniyada təhsil almaq istəyir. Düşünür ki, valdeyinlәrinin vә müәllimlәrinin kömәyilә bu zirvəyə qәdәr yüksәlәcәk. Biz dә gәnc qәhramanımıza uğurlar arzulayırıq. Yolun açıq, uğurların bol olsun!
Комментариев нет:
Отправить комментарий