Erkən yaşlarından bu günә kimi ağlı vә fəallığı ilә seçilәn şagirdlərdən biri dә Ruslan Teymur oğlu Qurbanovdur. O, 2005-ci il sentyabrın 11-dә Bakı şәhәrindә anadan olmuşdur. Hәlә körpә yaşlarından aktiv, fәal, hәr işi öyrәnmәyә can atan uşaq kimi fərqlənmişdir.
Bәzi uşaqların gәlәcәyinin nә qәdәr parlaq olacağını öncәdәn də görmәk olur. İdmanla məşğul olmağı çox sevən qəhrəmanımızın valideynlәri qeyd edir ki, o, yazıb-oxumağa çox meylli idi. Mәktәbә gedәnә qәdәr artıq sərbəst yaza, oxuya bilirdi. Tәhsil pillələrində ilk addımlarını 132-134 saylı Tәhsil Kompleksində atmağa başlamışdır. Hazırda hәmin mәktәbin 6ә sinfində, rus bölmәsindә tәhsil alır. Dәrslərindә çox aktiv şagirddir. Әn çox sevdiyi fәnlәr isə riyaziyyat, musiqi, informatika vә әdәbiyyatdır. Ruslan təhsil sahəsindəki nailiyyətlərinə görә müәllimi Sevinc xanıma vә fiziki tərbiyə fənnini tədris edən müәlliminә minnətdarlığını bildirir.
Asudә vaxtlarında kitab oxumağı, riyaziyyat üzrə maraqlı və əyləncəli məsələləri həll etməyi, idmanla məşğul olmağı çox sevir.
Digәr həmyaşıdları kimi onun da gәlәcәk üçün planları var. Gәlәcәkdә tanınmış idmançı olmaq istəyir. O, 4 yaşından bu fikrə düşüb. Әldә etdiyi uğurlarına görə ata-anasına özünü borclu hesab edir.
Ruslan orta mәktәbi yüksәk qiymətlərlə bitirib, ali mәktәbә daxil olmağı qarşısına məqsəd kimi qoyub. Gәlәcәkdә uğurlu bir insan olaraq, vәtәninә layiqli övlad olmağı hədəfləyir. Biz dә kövrək qəlbli bu balamıza hәyat yollarında müvəffəqiyyət vә naliyyәtlәr arzu edirik. Qoy qəlbindəki arzuların uğurla həyata keçsin, Ruslan!
Комментариев нет:
Отправить комментарий