Əkbərli Nuray
Siyavuş qızı 2004-cü il noyabrın 24-də Bakı şəhərində dünyaya göz açmışdır. O, körpəlikdə
çox sakit, sözəbaxan uşaq olub. Valideynlərinin daim sevimli övladı olmağa
çalışır. Nuray digər yaşıdlarından fərqlənərək 6 yaşı tamam olmamış Təhsil
Nazirliyinin xüsusi komissiyasından keçərək məktəb həyatına ilk addımlarını
atıb. Onun ilk təhsil aldığı 20 saylı məktəb-lisey olub. Hazırda da həmin məktəb-liseydə
distant təhsil alır. Nuray bütün fənləri çox sevir. Yalnız ən çox xoşladığı fənlər
ana dili, ədəbiyyat, həyat bilgisi və coğrafiya fənnidir. Hər il məktəbi əla
qiymətlərlə başa vurur. Nurayın yaşı az olduğuna baxmayaraq xüsusi istedada
malikdir. O, T. İsmayılov adına Uşaq- gənclər yaradıcılıq sarayında rəsmlə məşğul
olur. Onun çox gözəl əl qabiliyyəti vardır. Bu istedad onda uşaq yaşlarından
özünü göstərmişdir. Nuray çox gözəl şəkillər çəkir. 29 mart 2015-ci il tarixində
Nurayın “Bir diləyim var” adlı fərdi sərgisi keçirilmişdir. O, çəkdiyi şəkillərdə
ən çox təbiət mənzərəsinə üstünlük verir. Nurayın rəsm çəkmək qabiliyyətindən
başqa xüsusi bir istedadı da var. O, ”Cücələrim” rəqs ansamblında çıxış edir. Nurayın
çox gözəl rəqs etmək qabiliyyəti var. Nuray Kukla Teatrının nəzdində fəaliyyət
göstərən “Oyuq” uşaq teatrının da üzvüdur. Nuray bu istedadları olduğuna görə dəfələrlə
bir çox şənliklərdə, tədbirlərdə iştirak edib. O, hər il “Hesabat” adlı sərgidə
iştirak edir. Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər uşaqların gözü” ilə
rəsm müsabiqəsində dəfələrlə iştirak edib. 20 Yanvar və Xocalı soyqırımına həsr
olunan rəsm sərgisində öz əl işlərini nümayiş etdirib. Onun nailiyyətləri
günü-gündən artır. İki dəfə rəsm müsabiqəsində I yer əldə edib. Saray 2 saylı uşaq
evində isə talassemiyalı uşaqlara dəstək məqsədilə keçirilən tədbirdə rəqslərlə
çıxış edib. O, bu tədbirlərin hər birindən diplomla, sertfikatla qayıtmışdır. Nuraya
Xocalı soyqırımının 20-ci il dönümünə həsr edilmiş sərgidə iştirakına görə “LN”
incəsənt mərkəzi tərəfindən diplomla təltif edilmişdir. İkinci diplom isə Daşkənd
şəhərində keçirilmiş “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgidə
iştirakına görə almışdır. Nuray Xətai sənət mərkəzində keçirilən “Yaddaşlarda
yaşayan Xocalı” sərgi-aksiyada iştirakına görə sertfikatla təltif olunmuşdur. 2014-cü
ildə isə Azərbaycan qan donorluğunun inkişafına dair rəsm müsabiqəsində I yerə
layiq görüldüyünə görə sertfikat qazanmışdır. Nurayı sevindirən 29 mart 2015-ci
il tarixində keçirilən “Bir diləyim var” adlı rəsm sərgisinə görə “İlin balaca
rəssamı” adı ilə təltif olunduğu diplomu almasıdır. Nurayın ən uğurlu günü isə
fərdi sərgisi keçirilən gündür. Az yaşı olmasına baxmayaraq həyatında bir çox
yaddaqalan hadisələr baş vermişdir. Ən maraqlı hadisə isə 7 yaşı olarkən
Kapital bankın Kempinskidə keçirilən talassemiyalı uşaqlara dəstək məqsədilə
keçirilən rəsm müsabiqəsində I yerə çıxması olub. Nuraya noutbook hədiyyə
edilib.
O, həyatında əldə etdiyi uğurlara görə özünü
valideynlərinə və müəllimlərinə borclu hesab edir. “Oyuq” uşaq teatrının rəhbəri
Səidə müəllimə oxşamaq istəyir. Nurayın hədəflədiyi zirvə isə dərsləri ilə
yaxşı məşğul olub, bütün işlərində uğurla irəliləməkdir. O, gələcəkdə psixoloq
və rəssam olmaq fikrindədir. Onun ən böyük arzusu anasının psixoloq peşəsini
davam etdirməkdir.
Asudə vaxtlarında Azərbaycan bədii filmlərinə
baxır, anasına ev işlərində kömək edir.
Nuray 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə keçirilən İctimai televiziya, Lider telekanalı, Azərbaycan
telekanalında canlı yayımda rəqs etmişdir.
Nurayın fikrincə, hər bir işə istəklə və məsuliyyətlə
yanaşmaq lazımdır.
Комментариев нет:
Отправить комментарий