Akşin Natiq oğlu Quluzadə 7 yanvar 2006-ci ildə Bakı şəhərində anadan olub. Haqqında söhbət açacağımız Akşin körpəlikdən sakit, ağıllı uşaq olub. Şəkilli kitabları çox sevib. Futbol oynamağı bacarır. Bağçaya gedib. Orada şeirlər, mahnılar öyrənib. Bunu ona Şövkət müəllim və Cəvahir müəllim öyrətmişdir. 4 yaşından şəkil çəkməyə başlayıb. Qardaşı ilə birgə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə rəqs dərnəyinə gedirdi. Bununla yanaşı nağara kurslarına, rəsmə yazıldı. Rəsm müəllimi Eleanora xanıma minnəttardır.
Səbail rayonu 91 №-li tam orta məktəbdə təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Ən çox sevdiyi fənlər Azərbaycan dili, tarix və riyaziyyatdır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Dəfələrlə fəxri fərmanla təltif olunub. Əldə etdiyi uğurlara görə Məsmayə müəllimə, qardaşı Farizə borclu olduğunu deyir. Onlara bənzəmək istəyir.
Gələcəkdə memar-dizayner olmaq istəyir. İnsanların rahat yaşamaları üçün rahat evlər, parklar, yollar tikmək istəyir.
Asudə vaxtlarında futbol oynayır, kompüterdə məşğul olur, fleyta çalır. Musiqi və rəsmlə məşğul olmaq ona xüsusi zövq verir.
Biz də redaksiyamız adından Akşinə uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий