Yusifova Ləman Röyal qızı 11 aprel 2010-cü ildə Göyçay şəhərində dünyaya gəlib. Ləman uşaqlıqdan şəkilli kitablara çox maraq göstərmişdir. Gəlinciklərlə oynamağı, gəzintiyə çıxmağı çox sevir. 3 yaşından hərfləri tanıyır, elmə maraq göstərirdi. Anası və bibisi ona yazıb-oxumağı, hesablamağı öyrətmişdir. 4 yaşından yazıb-oxumağı bilmişdir. Məktəbin başlanmasını həvəslə gözləyirdi. 6 yaşından məktəbə tam hazır idi. Hətta kiçik yaşında bütün uşaq şeirlərini əzbər bilir, özündən qısa nağıllar qururdu. Bibisi müəllim olduğu üçün ona baxıb oxumağa daha çox maraq göstərib.
Ləman Göyçay şəhər 3 saylı orta məktəbdə təhsil alır. Sinif rəhbəri Aygün Məmmədova da onun barədə yüksək fikirdədir. Dərslərində olduqca fəallıq göstərməyə çalışır və əlaçıdır. Bütün fənləri sevir. Hər müəllim bu fənlərə sevgini onda yaradır. İnşa müsabiqəsində iştirak edib, yer tutmuşdur. İlk fəxri fərman aldığı gün və məktəbində ilk ilində əlaçılığının açıqlandığı günlər ona çox əzizdir. İlk diplomunu fəallığına və davranışına görə bağçada almışdır. I sinifdən etibarən ibtidai təhsilində Fəxri Fərmanlarla təltif olunmuşdur.
“İlin ən yaxşı şagirdi” nominasiyasında qalib olmuşdur.
Valideynlərinə, ibtidai sinif müəllimi Aygün xanım başda olmaqla müəllimlərinə borclu olduğunu söyləmişdir.
Ləman hüquqşünas olmaq istəyir. Çünki böyüdükcə hüquqları pozulan insanları görüb bu peşəyə həvəsi artır. Boş vaxtlarında bilik yarışlarına baxır, kitab oxuyur. Əlavə olaraq inşa, nağıl yazır. Daha çox ana və vətən mövzusunda fikirlər yazır. Ali təhsilini xaricdə almaq niyyətindədir.
Tarixin yaddaşında hüquqşünas, xeyirxah qadın başlığı altında qalmaq istəyir.
Комментариев нет:
Отправить комментарий