Əkbərov Həsən
Asif oğlu 2008-ci il sentyabırın 17-də Bakı şəhərində dünyaya göz açıb. Suraxanı
rayon Hövsan qəsəbəsi 270 saylı məktəbdə təhsil alır. Orta məktəbdə əlaçıdır. Ən
sevimli fənni riyaziyyatdır.
Körpəliyində çox sakit uşaq olub. Artıq iki
yaşından əlifbanı, rəngləri bilirdi. Xoşladığı məşğuliyyət çizqi filmlərinə
baxmaqdır. Məktəbə gedənə qədər artıq yazıb-oxumağı bacarırdı. Bunu ona anası
öyrətmişdi. Altı yaşında olanda valideynləri onun şəkil çəkməyə həvəsini
görürdülər. Tez-tez şəkillər çəkirdi. Çəkdiyi şəkillər elə birinci dəfədən
yaxşı alınırdı. Bu istedadı Həsəndə görən valideynləri onu rəssam Gilan müəlimənin
yanına apardılar. Müəllimə onun əl işlərini çox bəyəndi və onunla məşğul olmağa
razılıq verdi. Bir çox sərgilərdə iştirak edib. Tarix muzeyində təşkil edilən
güllərə aid sərgidə II yer tutub. Tarix muzeyində 20 Yanvar faciəsinə aid sərgidə
iştirak edib. Meqafonda “Rəngbərəng” adlı sərgidə iştirak edib. Oradakı sərgidə
onun cəkdiyi “Kulon” şəkli hamının diqqətini çəlb edib. Həmin şəkli Meqafona hədiyyə
istədilər. Oxuduğu məktəbin özündə də dəfələrlə sərgidə iştirak edib. Diplomu, sertifikatı
var. Əldə etdiyi nailiyyətlərə görə anasına minnətdar olduğunu bildirir. Rəssamlıq
sənətində Leanardo Da Vinçiyə oxşamaq istəyir. Həyatda daim zirvələrə yüksəlmək
barədə düşünür. Uşaqlıqdan polis olmaq istəyirdi. İndi isə böyük rəssam olmaq
arzusu ilə yaşayır.
Asudə
vaxtlarında şəkil çəkməklə məşğul olur. Portret çəkməyi çox sevir. Gələcəkdə
portretlər, mənzərələr çəkmək istəyir. Düşünür ki, tarixin yaddaşında yaşamaq
üçün ancaq gözəl və qiymətli şəkillər çəkməlidir. Həsən Tarix muzeyində keçirilən
sərgidə iştirakı zamanı 20 Yanvar faciəsi ilə bağlı CBC kanalına müsahibə verib.
Комментариев нет:
Отправить комментарий