Həsənli Bəxtiyar
Lətif oğlu Bakı şəhərində dünyaya göz açmışdır. 15 sentyabr 2003-cü ildə Xətai
rayonu NZS qəsəbəsində yerləşən 194 saylı orta məktəbin I sinfinə daxil
olmuşdur. O, yaşıdlarından güclü yaddaşı, hazırcavablığı, çalışqanlığı ilə
seçilir. Dərslərində olduqca çox çalışqan, gündəlik tam hazır olan şagird, məktəbin
fəallarından biri olmağı da bacarmışdır. İlk dəfə qələm tutmağı Validə müəllimin
sayəsində öyrənən Bəxtiyar bu gün oxuduğu məktəbin əlaçı və qabaqcıl şagirdlərindən
olmağı bacarmışdır. O, məktəbdə nümunəvi şagird olaraq müəllim kollektivinin
sevgisini qazanmışdır.
Xarici dillərə marağı olan istedadlımız gələcəkdə
ingilis, rus dillərini mükəmməl öyrənmək arzusundadır.
“Validə müəllimə, mən bu iki il ərzində sizdən
çox böyük dəyərli və qiymətli biliklər öyrəndim. Mən əminəm ki, hələ gələcək
illərdə də sizdən çox dəyərli biliklər öyrənəcəm. Yiyələndiyim biliklər üçün
sizə minnətdaram” fikirlərini söyləyən istedadlımız müəlliminə təşəkkkür hissi
duyduğunu vurğulayır.
Bəxtiyar böyüyəndə asayişi qoruyan, ədalətli
polislərdən olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий