Kitabımızı vərəqlədikcə görəcəksiz ki, Azərbaycanımız istedadlı övladlar yetirməkdədir. Bunlardan biri də Almaz Samiq qızı İmanovadır. Almaz 22 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.
Rəssam olmaq istəyən Almazın otağını onun əl işləri bəzəyir. Uşaqlıqdan oyuncaqlara həvəs göstərməzdi. Böyük bacısının rəgli qələmləri ilə kağızda rəsmlər çəkməyə çalışırdı. Bunu görən anası ona çoxlu kağız, rəngli qələmlər aldı. Beləcə, Almaz rəssamlığa ilk addımların atdı. İlk rəsmlərindən başlayaraq uşaqlıq dünyasının rəngarəngliyini, duyğu və düşüncələrini rənglərin dililə kağıza köçürməyə başladı. Almazın yaradıcı dünyası çox genişdir. Onun yaradıcılıq istiqaməti müxtəlifdir. Təbiət lövhələri, natürmort, portretlər onun yaradıcılığında öz əksini tapır. Bu rəsmlərdə mövzu müxtəlifliyi, rənglərin gözəlliyi, işləmə məharəti diqqəti cəlb edir.
Balaca rəssam qızımız Almaz Bakı şəhərində yerləşən 132-134 №-li məktəb təhsil kompleksində VI sinifdə təhsil alır. Sinfin nümunəvi şagirdlərindən biri də Almazdır. Dərslərində fəaldır. Bütün fənlərə maraq göstərir. Məktəbin sevimlisinə çevrilib, çəkdiyi rəsmlərdən dolayı məktəbin birincisi olub hamı onun istedadlı rəssam kimi tanıyır. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. İtalya günlərinə həsr olunmuş tədbirdə çəkdiyi rəsmləri nümayiş etdirilib. 20 Yanvar faciəsinə həsr olunmuş rəsm işi böyük marağa səbəb olmuşdur.
Uşaqlıqdan rəsmə böyük həvəs göstərən Almaz bir gün “Qış mənzərəsi” rəsmini çəkdi və rəsminə bir tamaşaçı gözü ilə baxdı. Bu rəsmdə o, öz duyğularını, bütün uşaqların arzusunda olduğu istəyini verməyə çalışmışdır. Dünyanı beləcə qar kimi tər-təmiz, savaşsız görmək istəyirdi. Balaca rəssam bir anlıq fikrə getdi: “Kaş, Qarabağda bayrağımızı ilk dalğalandıran igid əsgərin portretini çəkmək ona nəsib olaydı”.
Ağıllı və dərin düşüncələrə malik olan rəssam balamıza bundan sonrakı həyatında uğurlar arzu edirik. Uğurların bol, yolun açıq olsun, Almaz.
Комментариев нет:
Отправить комментарий