Bayramova
Vüsalə Mustafa qızı 29 sentyabr 2004-cü ildə Bakı şəhərində dünyaya gəlmişdir. Vüsalə
hələ körpə yaşlarından sakit, öz dünyası olan bir uşaq olmuşdur. Rəsm çəkər, heyvanlar
aləminə olan marağını kağız üzərində çəkdiyi rəsmlərdən bilmək olardı.
Hazırda Bakı şəhər Nərimanov rayonu 82 saylı tam
orta məktəbdə oxuyur. Mərziyə müəllimin sevimli şagirdlərindən biridir. Həm tərbiyəsi,
həm dərsə olan marağı, həm də çəkdiyi rəsmlərlə müəllimlərinin gözündə ucalmağı
bacarmışdır. Dərsə başladığı ilk vaxtlardan rəsm dərslərində öz baracığını göstərmişdir.
2013-cü il iyun ayının 1-də təşkil olunmuş sərgidə
çəkdiyi rəsmlərə görə diplomla təltif olunmuşdur. Vüsalənin əsl məqsədi də bu
uğurlarını davam etdirmək, rəsm çəkmək qabiliyyətini inkişaf etdirərək Rəssamlıq
Akademiyasına qəbul olmaqdır. Bunun ardınca isə ölkənin tanınmış rəssamları
sırasına öz adını yazdıraraq beynəlxalq sərgilərdə iştirak etmək Vüsalənin
qarşısında duran əsas vəzifədir.
Uğur səninlə olsun!
Комментариев нет:
Отправить комментарий