Mәmmәdova
Sәma Mәntiq qızı 28 yanvar 2004-cü ildə Sumqayıt şәhәrindә dünyaya göz açmışdır.
Anası Leyli xanımın sözlәrinә görә, Sәma balacalıqda çox sakit, tәmizkar, sәliqәli,
sözәbaxan qız olmuşdur. Kitab-dәftәrә, albom rәnglәmәyә marağı böyük olub. Adını
atası qoyub, hәyatda adı kimi tәrtәmiz, göy üzü kimi gözәl olsun deyә bu adı
seçib. Bağçaya getmәsә dә, mәktәbә gedənə qәdәr anası Sәmaya yazıb-oxumağı
öyrәtmişdi. Qardaşı mәktәbli olduğuna görә Sәma qardaşından Azәrbaycan himnini,
bir çox şeirləri öyrənmişdi. I sinfә Sumqayıt şәhәri 35 saylı mәktәbdә gedib vә
hazırda hәmin mәktәbin VI sinfindә oxuyur. Sәma I sinfә getdikdә valideynlәri
hiss ediblər ki, o, çox savadlı qızdır. Çünki evә gәləndә dәrslәrini
başqalarının kömәyi olmadan özü hazırlayır vә bütün fənlərdən әla qiymәt alıb. Müәllimlәri
Sәmadan çox razıdırlar. Sәma bütün fәnlәrә eyni münasibәt bәslәyir, hamısını
eyni həvəs və maraqla oxuyur. O, әlaçı olduğuna görә fәxri fәrmanlarla tәltif
olunub. Hәyatındakı uğurlarına görә özünü valideynlərinə və müәllimlәrinә
borclu hiss edir.
Sәmanın xarici dillәr öyrənməyə olan marağı
onda xarici dil müәllimәsi olma istәyi yaradıb. O, ingilis dili müәllimi Sevil
xanım kimi bir müәllim olmaq, ona oxşamaq istәyir.
Boş vaxtlarında kitab oxumağı, yemәk
bişirmәkdә anasına kömәk etmәyi, şәkil çәkmәyi çox sevir. Skripka çalmağı və
mükəmməl rәsm çәkmәyi öyrәnmәk istәyir. Gәlәcәkdә orta mәkәbi әla qiymәtlәrlә
bitirmәyi, Xarici Dillər Universitetinə qәbul olmaq, müәllimә vә ya tәrcümәçi ixtisasına
yiyələnmək istәyir. Sәma hәyatda çox yüksәk zirvәlәrә ucalmaq istәyir. Hamının
fәxr edәcәyi bir vәtәndaş, valideynlәrinә layiqli övlad olmaq arzusundadır.
Biz dә ona uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий