Hazırda ölkәmizin bütün sahәlərində inkişaf hiss
olunmaqdadır.Tәhsil sahәsindә isә xususi irәlilәmә müşahidә olunur. İndi bilik
alәminә aparan yolların hamısı bütün mәktәblilәrin və tәlәbәlәrin üzünә açıqdır.
Yüksәk səviyyədə tәhsil alan gәnclәrdәn biri dә Lәman qızımızdır. Lәman Әliağa
qızı Nurullayeva 2005-ci il iyul ayının 15-dә Bakı şəhərində dünyaya göz
açmışdır.
O, 2011-ci ildə 132-134 saylı Təhsil Kompleksinə qəbul
olunub. Hazırda da hәmin liseydә tәhsil alır. Dәrs әlaçısı
olan qızımız fransiz dilini çox sevir. Ləmanın ən çox sevdiyi fənlər isə biologiya,
fransiz dili və azərbaycan tarixidir.
Qəhrəmanımız uşaqlıqdan rəqs etmәyi çox xoşlayırmış.Buna görə də valideynləri
onu Latino-Amerikan rəqslərini öyrənmək üçün rəqs dərnəyinə yazdırmaq qərarına
gəldilər.O, Ruslan Tolmaçevin rəhbərliyi ilə fəaliyyət göstərən “Buta Dance” rəqs
məktəbinə daxil oldu.
2014-ci ilin noyabr ayında Tiflis şəhərində rəqs üzrə
dünya cempionatı kecirilmişdir və həmin cempionatda Ləman iştirak etmiş və Azərbaycanı
təmsil etmişdir.
Tiflis şəhərində 2016-ci ilin mart ayında kecirilmiş
turnirdə onuncu yeri tutan Ləman həmin ilin son turnirində, Batumi şəhərində
kecirilən yarışmada Azərbaycan Respublikasını layiqincə təmsil etmiş və 5-ci
yeri qazanmışdı.
Lәman asudә vaxtlarında rәqs etmәyi, kitab
oxumağı vә ailәsilә səmərəli
zaman keçirmәyi çox
sevir.
Әldә etdiyi bütün uğurlarına görә valdeynlәrinә vә müәllimlәrinә minnətdarlığını
bildirən balamız xüsusilə də Naibə müəlliməyə borclu olduğunu söyləyir.
Ləmanın zərif, kövrək addımlarının daha da möhkəmlənməsini,səhnədə
əsil peşəkar olaraq çıxış etməsini arzulayırıq. Dünya birincisi olaraq vətənə
qalibiyyət bəxş etməsi diləyilə yolun açıq,şansın bol olsun,Ləman bala,
deyirik!
Комментариев нет:
Отправить комментарий