İnci Rafiq qızı Nağızadә 18 noyabr 2007-ci ildә Bakı şәhәrindә anadan olmuşdur. Hәr bir şagird yüksәk biliklәrә yiyәlәnmәk, cәmiyyәtdә layiqli yer tutmaq arzusu ilә yaşayır. Bu arzularla yaşayan İnci qızımız uşaqlıqda çox sakit, tәmizliyi sevәn olub. Ev işlәrindә anasına kömәk etmәyi çox xoşlayır. Yaşının az olmasına baxmayaraq mәntiqli vә ağıllı danışıqları ilə böyüklәrin rәğbәtini qazanmışdır. Cizgi filmlәrinə baxmağı, rәsmlәr çәkməyi, nağıllar dinlәmәyi çox xoşlayırdı. İncinin çoxlu nağıl kitabı var. İnci 2 yaşından hәrflәri öyrənməyə başlayıb. 3 yaşında artıq oxuyub-yazmağı öyrәnmişdi. Çoxlu şeirlәr, nağıllar bilirdi. İnci ilә daha çox anası mәşğul olurdu.
O, 43 №-li Mәktәb Lisey Kompleksindә tәhsil alır. III sinif şagirdi olan İnci dәrs әlaçısıdır. Bütün fənlәri sevir və hәvәslә oxuyur. Hәyatında heç vaxt unutmadığı gün 4 yaşında olanda Azәrbaycanın görkәmli şairi İlyas Tapdıqla görüşüdüyü gündür. Şairlə rayona sәfәrlәrinin birindә yol yoldaşı olmuşdur. Bütün yol boyu İlyas baba ilә maraqlı söhbәti olmuşdur. Әn çox İlyas babanın Gәdәbәy haqqında yazdığı şeiri söylәməsi şairi çox sevindirdi. İncinin yaşı az olsa da, şairin verdiyi suallara dolğun cavab verməsi İlyas Tapdığa xoş gəlir. Şairin İnciyə həsr etdiyi “İnci bala” şeiri 2012-ci ildә “Savalan” qəzetindә çap edilmişdir.
II sinifdә oxuyanda İbtidai siniflәr arasında keçirilәn “Qızıl payız” müsabiqәsindә iştirak etdi və qalib olduğu gün 3 diplomla tәltif olundu. III sinfdә isә “Mәn böyümüşәm” mövzulu açıq dәrsdә müәllimlәrin tapşırıqların sәrbәst və düzgün yerinә yetirdiyi üçün diplomla tәltif olundu. İnci nailiyyәtlәrinә görә özünü valideynlərinә vә müәllimlәrinә borclu bilir.
İnci qızımız dizayner olmaq istәyir. Asudә vaxtlarında kitab oxuyur, testlәr işlәyir, özündәn balaca qardaşı ilә mәşğul olur vә xarici dillәri öyrәnir. Fәrqli mәdәniyyәti vә tarixi abidәlәri olan ölkәlәrə sәyahәt etmәk istәyir.
Biz dә öz adımızdan İnci qızımıza daha bol nailiyyәtlәr arzu edirik.
Комментариев нет:
Отправить комментарий