Aydan Xəqani qızı Quluzadə 28 fevral 2005-ci ildə Bakı şəhərində anadan olub. Ağıllı, tez dil açan və iti yaddaşlı uşaq olub. Qabiliyyətli olduğundan maraqlandığı hər sahədə uğur əldə etməyi bacarırmış. Çevik hərəkətləri müstəqil yerinə yetirdiyini görən valideynləri onu gimnastika dərnəynə yazdırırlar. Və o burAda bacarıq göstərərək yarışda I yer tutmağa nail olmuşdur. Telekanallarımızdan birinin “İdman xəbərləri”ndə bu barədə süjet efirə getmişdir.
Çox gözəl musiqi duyumu olan Aydanın qəşəng şəkil çəkmək bacarığı da var. Çəkdiyi rəsmlər öz gözəlliyilə görənlərin zövqünü oxşayır.
Aydan hələ məktəbə getməmişdən əvvəl yazıb-oxumağı öyrənmişdi. Bu işdə ona anası və ilk müəllimi kömək etmişdi. Bu qəşəng qız hazırda 132-134 saylı Təhsil Kompleksində VI sinifdə oxuyur. Dərslərində fəal olan Aydan Abbasova Sevinc müəllimə minnətdar olduğunu deyir. Dərs əlaçısı olan bu qız həm də çox aktivdir. Məktəbin müxtəlif tədbirlərində fəal iştirak edir. Divar qəzetinin tərtibatında öz bacarığını sevərək sərgiləyir. Biologiya, fizika və ingilis dili fənlərini çox sevir. Asudə vaxtlarında piano çalmağı, şəkil çəkməyi və ailəslə birgə gəzintiyə çıxmağı xoşlayır.
Vətənpərvərlik ruhunda tərbiyə alan Aydan əldə etdiyi uğurlarına görə müəllimlərinə və valideynlərinə minnətdar olduğunu deyir. Yaddaşlarda qalmaq istəyən qəhrəmanımız vətənə faydalı şəxsiyyət olmağı düşünür və arzulayır.
Biz də bu vətənpərvər qıza uğurlar diləyir və yolun açıq olsun deyirik!
Комментариев нет:
Отправить комментарий