O, körpәlikdәn ağıllı vә dәcәl uşaq olub. Vaxtından
tez danışıb, vaxtından əvvəl gәzmәyә başlayıb. Rәqs etmәyi vә idmanla mәşğul
olmağı çox sevib.Üç yaşından rәqs dərnəyinə yazılıb, müxtәlif konsertlәrdә
iştirak edib, klipdә çәkilib, televiziya verilişində qonaq olub.
İki-üç yaşında olarkәn hamını heyrәtlәndirәn Fәridә
qızımız mәktәbә gedәnә qәdәr yazıb - oxumağı bilirdi. Bunu ona müәllimәsi
öyrәtmişdir.
Hacıyeva Fәridә Cәlil qızı 2005-ci oktyabrın 19-da
Bakı şәhәrindә anadan olmuşdur. İlk tәhsilini 132-134 saylı Tәhsil Kompleksindә
alıb. Hazırda da həmin tədris ocağının"6-cı" sinif, rus bölmәsindә təhsilini
davam etdirir. Dәrs әlaçısı olan Fәridәnin әn çox sevdiyi fәnlәr riyaziyyat, biologiya
vә ingilis dilidir. Mәktәbdә keçirilәn bir çox tәdbirlәrdә iştirak edir. Bunlardan
bir neçәsi rәqs etmәk və poeziya nümunəsinin təqdimi olub.
Fəridə bir neçә sahә üzrә diplom әldә edib. Şahmat vә
gimnastika üzrə aldığı diplomların adlarını qeyd etmək olar.
Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә anasına vә
müәllimlәrinә özünü borclu hesab edir. Üzәrindә әmәyi olan insanlara, sinif
rәhbәri olan Sevinc Abbasovaya minnәtdarlığını bildirir.
Gәlәcәklә bağlı planlarından danışan qəhrəmanımız
savadlı cәrrah olmaq arzusunu bildirir. Bu sahә üzrә anasının yolunu davam etdirmәk
istәyir.
Asudә vaxtlarında rәqs etmәyi, mütaliəni, üzgüçülüyü
vә qaçışı xoşlayır.
Fəridənin ən böyük arzusu tarixin yaddaşında әbәdi
olaraq qalmaq, vәtәninә layiqincə xidmət etmәkdir. O, ali mәktәbә daxil olub
tәhsilini xarici ölkәlәrin birindә davam etdirmәk arzusundadır.
Biz dә öz adımızdan Fәridә qızımıza müvəffəqiyyətlər
arzu edirik. Uğurların bol, yolun açıq olsun, Fәridә!
Комментариев нет:
Отправить комментарий