Haqqında danışacağımız qәhrәmanımızın adını atası İmran bәy verib. İstedadlı qızımız Cәmilә İmran qızı Paşayeva 2005-ci il mayın 19-da Bakı şәhәrindә dünyaya göz açmışdır. Ailә evin yeganә övladı olan Cəmilənin yolunu düz səkkiz il gözlәyib. Tәk olmasına baxmayaraq valideynləri ona çox düzgün tərbiyə verib. Ağıllı, mərifətli böyüdüblər.
3 yaşında 127 saylı uşaq bağçasına gedib. Orada oxumağı, yazmağı, hərfləri saymağı öyrənib. Beş yaşında olanda Avropa liseyinin hazırlıq kurslarına gedib. Hazırda 132-134 saylı Tәhsil Kompleksində VI sinif şagirdidir. Dәrslərini әla qiymәtlәrlə oxuyur. Mәktәbdә, keçirilәn bir çox tәdbirlәrdә fәal iştirak edir. Gәlәcәkdә atası kimi mühasibat işçisi olmağı hədəfləyən istedadlı qızımız asudә vaxtlarında şәkil çәkmәyi və çәkdiyi rәsmlәri hәdiyyә vermәyi xoşlayır. Bu qabiliyyyəti ilə bağlı səkkiz yaşı olarkən Dövlət radiosuna dәvәt də almışdır.
Bununla yanaşı Cәmilә gözәl şahmat oynayır. Ona ilk olaraq şahmatı sevdirәn əmisi Azәr olub. O, qardaşı qızına şahmat löhvәsi hədiyyə edib. Deyilənə görə löhvә onun əlindən yerә düşmürmüş. Atasından tәlәb edirmiş ki, ona şahmat oynamağı öyrәtsin. Bu oyuna göstərdiyi marağı görən valideyinlәri Cəmiləni şahmat mәktәbinә yazdırırlar. Qəhrəmanımıza şahmatın sirlərini aşılayan ilk müәllimi Emin bəy olub. Zəkalı balamız şahmat üzrә keçirilən bir çox turnirin iştirakçısı olub. Onlar barədə sizə danışmaq istəyirik.
Səkkiz yaşlı qızcığaz Bakı birinciliyindә II yeri qazanıb. 2012-ci ildә keçirilәn Azәrbaycan birinciliyindә iştirak edib, şahmat üzrә I dәrәcәli idman ustasıdır. 2016-ci ildә Batumi şәhәrindә keçirilәn dünya çempionatında iştirak etmiş, hәmin ildә Rusiyanın Soçi şәhәrindә keçirilәn mәktәblərarası dünya çempionatında iştirak etmiş vә fərdi ustalığı ilә seçilmişdir.
Azәrbaycanda dünya şöhrətli şahmatçılarımız mərhum Vüqar Hәşimov və A. Hüseynova hәsr olunmuş turnirlәrdә də qüvvəsini sınamışdır. Klassik rappid, bliz növlәrinә görә reytinq dərəcəsinə sahibdir. Әldә etdiyi uğurlarına görә valideynlәrinә, xüsusilə də atasına, müәllimlәri Emin bəyə, Vasif və Asif müəllimlərə özünü borclu hesab edir. Dәrslәrindә qazandığı uğurlarına görә isә sinif rәhbәri Sevinc xanıma minnәtdarlığını bildirir. Cəmilə zəka sahibi , beynəlxalq arenada öz sözünü demiş şahmatçımız Şәhriyar Mәmmәdyarovu özünə kumir seçib.
Әziz oxucularmız! Cəmilə qızımız haqda mәqalәmizin sonluğunda qürurla qeyd etmək istəyirik ki, o, ay-ulduzlu bayrağımızı başqa ölkәlәrdә ucaltmaq vә dünya çempionu olmaq niyyətindədir. Biz tәhsildә, elmdә və şahmat sahəsində ona әn yüksәk zirvәlәri fәth etmәsini arzulayırıq. Cəmilə, uğurların bol, yolun açıq olsun!
Комментариев нет:
Отправить комментарий