Vəliyeva Fidan Arif qızı 2005-ci il martın 3-də Moskva şəhərində
dünyaya göz açmışdır. Körpəlikdə şıltaq olan Fidan ailənin ilk və sevimli qızı
olmuşdur. O, yaşıdlarından həmişə fərqlənmişdi. Fidanda kitaba xüsusi bir bağlılıq
olub. Bağçada yazmağı və oxumağı öyrənib. Buna görə Zülfiyyə müəllimə borclu
olduğunu deyir. Fidan Mingəçevir şəhər liseyində təhsil alır. Bütün fənləri
yaxşı oxuyur, ən çox sevdiyi fənlər riyaziyyat və rəsmdir.
Fidan hər sahədə fəal uşaqdır. O, bir çox mərasimlərdə,
bayram tədbirlərində iştirak edib nailiyyətlər qazanmışdır. Onun yaddaşında
qalan önəmli hadisələrdən bayram günlərində Türkiyədə “Quş adası festivalı”, Gürcüstanda
“Anamur festivalı”nda rəqs etməsi olmuşdur. O, təhsildə əldə etdiyi uğur və
ictimai işlərdə fəallığa görə, “Mehriban ailəm” adlı inşa müsabiqəsində I yerə
layiq görüldüyünə görə, şeir müsabiqəsində iştirakına görə fərman və tərifnamələrə
layiq görülmüşdür.
Hər bir çalışqan və nailiyyəti olan uşaqlar
kimi Fidan da uğurlarına görə valideynlərinə və müəllimlərinə borcludur. Başqalarına
oxşamaq istəməyən Fidan öz arzularını reallaşdırıb yaddaşlarda qalmaq istəyir. Həkimlik
peşəsinə olan marağı lap körpəlikdən gəlinciklərinə iynə vurmaqda özünü göstərmişdir.
Fidanın həyatında bir çox uğurlu günlər olsa da, onun üçün ən dəyərli gün doğum
günüdür. Çünki bu gündə o, sevdiklərini bir arada görür və daha çox diqqət mərkəzində
olur. Hədiyyə almağı çox xoşlayır.
Fidanın ən sevimli məşğuliyyətlərindən biri də
rəsm çəkməkdir. Boş vaxtlarında rəsm çəkmək onun yorğunluğunu çıxarır. Bundan
başqa müxtəlif nağıl kitabları, dünya xalq nağılları, təbiət haqqında oxumaq
onun maraq dairəsindədir.
Fidanın gələcək arzuları arasında Parisi gəzmək
və Eyfel qülləsini görmək, Tokioda olmaq vardır. Gələcəkdə insanlara fayda vermək
arzusunda olan Fidan həkim olmaq və saf niyyətlərindən birini həyata keçirərək
müəyyən müddətdə xəstələrə təmənnasız xidmət etmək istəyir.
Fidanın nailiyyətləri barədə “Tumurcuq” qəzetində
də qeyd olunmuş, Yevlax televiziyasının bir verilişində yarışmada iştirak
etmişdir.
Biz də gələcəyi gözəl görünən təmiz niyyətli
Fidan balamızın həyat və fəaliyyətində uğurlar diləyir, dərslərində müvəffəqiyyətlər
arzu edirik.
Комментариев нет:
Отправить комментарий