Əliyev Rəşad
Rasim oğlu 4 iyun 2004-cü il Naxçıvan şəhərində dünyaya göz açıb. Uşaqlığı dəcəl
və şıltaq uşaq olub. Yazıb-oxumağı məktəbə gedənə qədər bilirdi. Çünki uşaq
evində müəllimi İlahə xanım öyrətmişdi. İstedadı rəqs etməkdir və 7 yaşından rəqsə
başlayıb. Nənəsi Almaz xanım onun bu sahəyə marağını və məharətini gördükdən
sonra məsləhət görüb ki, Rəşadı rəqsə istiqamətləndirsinlər. Dərslərini yaxşı
oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır. Müəllimi Ülviyyə xanım hər zaman məsələ
həllində Rəşadın sinifdə birinci yerdə olduğunu deyir. Yeni il şənliklərində, məktəb
tədbirləriində rəqs etmişdir.
Ən maraqlı günü IV sinif buraxılış tədbirində
rəqs etdiyi və direktor Teyyubə müəllimə tərəfindən bəyənildiyi gündür. Asudə
vaxtlarında kompüterdə oyunlar oynayır.
Ona oxumağı-yazmağı öyrədən Ülviyyə müəllimə, rəqs
müəllimi Lada müəllimə borclu olduğunu deyir.
Dənizçi olmaq istəyir. Əmisi kimi geoloq olmaq,
yeni kəşflər etmək xəyalı ilə yaşayır. Bunun üçün dərslərini yaxşı oxuyur.
Arzularına çatasan, Rəşad.
Комментариев нет:
Отправить комментарий