Azәbaycan şahmatı artıq dünya tarixinә layiqli töhfәlәr vermiş vә bu artıq әnәnә halını almışdır. Bu gün bir çox beynәlxalq yarışların qalibi olan Teymur Rәcәbov kimi şahmat dühamız var. Ruslan da gәlәcәyini şahmatla bağlamaq, dünya çempionu titulunu qazanmaq arzusu ilә yaşayan gәnclәrimizdəndir. Ruslan Anatoliyeviç Zutikov 2005-ci il 26 oktyabrda Bakı şәhәrindә anadan olmuşdur.
O, uşaqlıqda çox hərəkətli və hər şeyi öyrənməyə həvəsli
bir uşaq idi. Erkən yaşlarından məntiqi oyunlara, müxtəlif tapmacalar çözməyə maraq
göstərirdi.
Yazmağı və oxumağı məktəbə getməzdən öncə öyrənmişdir.
Əvvəlcə onunla anası, sonra isə uşaq bağçasının müəllimləri məşğul olurdular.
Bağça müəllimi onun bacarıqlarına diqqət
yetirmişdir. O, uşağın oxumağa, rebusların həllinə və məntiqi məsələlərin
açılmasındakı marağını müşahidə etmişdir.
Ruslan balamız hazırda 132-134 saylı Tәhsil Kompleksindә
tәhsil alır. Dәrs әlaçısı olan Ruslan məsuliyyətli və çalışqandır. Sevimli fənləri
riyaziyyat, rus, ingilis, fransız dilləri və biologiyadır.
Tez-tez məktəbdə və məktəbdənkənar keçirilən tədbirlərdə
iştirak edir. Şahmat üzrə məktəbdaxili, məktəbdənkənar keçirilən şahmat yarışı,
132-134 nömrəli məktəbdə keçirilən İtaliya günləri çərçivəsində iştirak edib.Şahmat
dərslərinə başlayandan üç ay sonra asanlıqla şahmat üzrə üçüncü dərəcəyə yiyələnə
bilib. Bundan əlavə moda nümayişində model kimi çıxış da edib.
Onun üçün ən yaddaqalan hadisə dördüncü dərəcəyə
sahib olması və həmin dərəcəni aldığı gün Amerikaya yollanaraq Azadlıq Heykəlini
ziyarət etməkdir.
Ruslan şahmat üzrə yarışda 2-ci yeri tutduğuna görə
diplomla təltif olunmuşdur.
Әldә etdiyi uğur və nailiyyətlərinə görə Bәhruz müəllimə,
sinif rәhbәri Tәranә xanıma minnәtdardır. Şahmata sevgi aşıladığı üçün atasına
bir ömür boyu borclu olduğunu qeyd edir.
Arzusu qrossmeystr səviyyəsinə yüksəlmək olsa da hansı
peşəyə yiyələnəcəyini hələ müəyyən etmәyib. Lakin seçdiyi peşədə uğurlu bir
kadr olacağına inanır.
Asudə vaxtlarında şahmat və kompüter oyunlarına
maraq göstərir. Yayda peşəkar səviyyədə velosiped sürməyi öyrənməyi və Fransa, İngiltərə,
İtaliyaya getməyi arzulayır.İngilis və fransız dillərində sərbəst danışmağı
planlaşdırıb. O,tarixə düşmək və insanların yaddaşlarında əbədi qalmaq üçün öncə
yaxşı oxumaq, vətənini və xalqını sevmək, hər şeyi vətəninin xeyri naminə etmək,
cəsarətli olmaq, torpağını düşmənlərdən qorumaq lazım olduğunu fikirləşir. Belə
gözəl düşüncə sahibi olan qəhrəmanımıza uğurlar arzulayırıq və yolun açıq olsun
deyirik!
Комментариев нет:
Отправить комментарий