Kəmalә Elşәn qızı Məhərrəmova 26 iyul 2005-ci ildə Bakı şəhərindә anadan olmuşdur. Ailənin üçüncü övladı olan Kəmalә körpәlikdәn sakit və ağıllı uşaq olub. İncəsənətin bütün sahələrinə meyilli uşaqdır. Kəmalәnin 3 yaşı olarkən yazıb-oxumağı valideynlәrindən öyrənib.
Nəsimi rayonundakı Tahir Həsənov adına 23 №-li mәktәbdә tәhsil alır. Dәrslәrini әla qiymәtlәrlә oxuyur. Әn çox sevdiyi fәnlәr tarix, coğrafiya, riyaziyyat, ingilis dili və alman dilidir. Mәktәbdә keçirilәn tәdbirlәrdә fəal iştirak edib. Milli rəqs festivalında uğurlu çıxışına görə diplom alıb. Əldə etdiyi uğurlara görә özünü valideynlərinә vә müәllimlәrinә borclu bilir. Kəmalә idealının valideynləri olduğunu deyir. Onlara bәnzәmәk istәyir.
Kəmalənin sinif rəhbəri Nərminə Bağırova da onun barədə təqdirəlayiq fikirlər söylədi: Kəmalə sinfimizin ən fəal şagirdlərindən biridir. O həm təsildə, həm də təlim-tərbiyədə başqa həmyaşıdlarına nümunə ola biləcək bir yeniyetmədir. Sinfimizdə, məktəbdə keçirilən demək olar ki, bütün tədbirlərdə fəallıq göstərir. İctimai işlərdə, bilik yarışlarında, müsabiqələrdə iştirak etməyə daim can atır. Pedaqoji təcrübəm boyu bütün şagirdlərimizin məhz Kəmalə kimi olmasını arzulamışam. Bir müəllim kimi onun parlaq gələcəyinə inanıram. Onun intellektual səviyyəsinə əsaslanaraq deyə bilərəm ki, seçəcəyi istənilən peşəyə mükəmməl yiyələnəcək və ölkəmiz üçün yararlı bir vətəndaş olacaq.
Asudә vaxtlarında rәsm çəkməklə, fransız dili öyrәnmәklә mәşğul olur.
Gәlәcәkdә həkim olmaq istəyir. Bu fikrə V sinifdə oxuyandan düşüb. Gәlәcәyin hәkiminә uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий