Kazımov Nəsib
Şamo oğlu uşaq yaşlarından yaradıcı olub. Onun idman sahəsinə daha çox həvəsi
var. Futbol, voleybol və digər oyunları çox yaxşı oynayır və dostlarından
seçilirdi. Onun bu sahədə ən fərqli xüsusiyyəti cəldliyidir.
Nəsib bacılarının köməyilə məktəbə gedənə qədər
hesablamanı və əlifbadakı bəzi hərfləri yazmağı bilirdi. Birinci sinfi Azərbaycan
bölməsində oxumuşdu. Lakin zamanla o, məktəbin rus bölməsinin uşaqları ilə daha
çox qaynayıb-qarışmış və rus dilinə həvəsi artmışdır. Bu səbəbdən valideynləri
onu rus bölməsinə keçirmişlər. Birinci sinfi Azərbaycan bölməsində oxumasına
baxmayaraq ikinci sinifdən bacılarının köməyilə artıq 4-5 ay ərzində rus bölməsinin
dərslərinin sərbəst öyrənməyə başlamışdır. Nəsib hərtərəfli uşaqdır. O, həm
idman, həm də musiqi sahəsidə istedada malikdir. V sinifdə oxuyarkən kiçik
bacısı onu həndbol idmanına yazdırdı. Müəyyən müddətdən sonra o, bu sahədən
uzaqlaşmışdır. Lakin artıq VII sinifdə oxuyarkən özünün təkidi ilə yenidən
idmana yazılmışıdır. Çox qısa bir zamanda uğurlar qazanmışdır. O, artıq nəinki
rayonlararası yarışlarda, hətta ölkələrarası yarışlarda da iştirak edir və
uğurlar əldə edir. Onu komanda yoldaşlarından fərqləndirən, müəllimin
razılığına səbəb olan və ən əsas uğurlarına səbəb oyun zamanı sol əlindən də
sağ əli kimi eyni səviyyədə istifadə etməsi idi. Nəsib ambideksterdir. IV
sinifdə oxuyarkən böyük bacısı ona ad günü hədiyəsi olaraq gitara almışdı. Çox
az zaman ərzində internetdən öyrənməklə gitarada ifa etməyə başladı. Bu
istedadını görən kiçik bacısı onu musiqi məktəbinə yazdırdı və qısa zamanda
artıq konsertlərdə solo ifalar edirdi.
Dərslərini yaxşı oxuyan istedadlımız zəif qiymətlər
almamaq üçün çalışır. Ən çox sevdiyi fənlər siyahısına riyaziyyat və ingilis
dili daxildir. Xarici dillər öyrənməyə çox böyük həvəsi var. Məktəbdə və məktəbdənkənar
təşkil edilən bir çox tədbirlərdə, bayram şənliklərində fəal iştirak etmişdir, nailiyyətlər
qazanmışdır. Musiqi məktəbində keçirilən konsertdə solo gitara, tarda orkestrlə
birgə mahnı ifa etmişdir. İfa etdiyi alətlər arasında ən çox tara üstünlük
verir. Çünki Azərbaycan musiqisini yalnız tar vasitəsi ilə duya bildiyini söyləyir.
İdman sahəsidə Azərbaycanı Avropa ölkələri
arasında təmsil edib uğurlar əldə etmək, musiqi sahəsində geniş bir auditoriya
qarşısında çıxış etmək, təhsil sahəsində ADNA-ya qəbul olub sevdiyi ixtisasa
yiyələnmək istəyir.
Əldə etdiyi uğurlara görə özünü ailəsinə və
yaxın ətrafına borclu hiss edir. Gələcək fəaliyyətində bacısının yoldaşı Zaura
oxşamaq istəyir. Çünki o da bütün əldə etdiyi nailliyyətləri savadı və əziyyəti
ilə qazanmışdır. Həyatında ən maraqlı gün Azərbaycan Skautlar
Assosiasiyasının rəhbərliyi ilə Lerikdə keçirilmiş düşərgədə iştirakı olmuşdur.
Burada təbiətin qoynunda heç bir elektron vasitələr olmadan təbiətdən mənimsəmək
yolu ilə yaşamağı öyrənirdi. Bu düşərgə zamanı ən maraqlı və yaddaqalan günlərini
yaşamışdır.
Комментариев нет:
Отправить комментарий