Həbibli Fatimə
Faiq qızı 14 sentyabr 2007-ci ildə Bakıda Xəzər rayonu Buzovna qəsəbəsində dünyaya
göz açıb. Fatimə uşaq vaxtdan aktiv, dəcəl və yaşından böyük təsir bağışlayan
uşaq olub. Şəkil çəkməyi və sınan oyuncaqlardan yeni oyuncaqlar düzəltməyi
sevirdi. Balaca yaşlarından bağça və hazırlıqlara getməsi bu gün əldə etdiyi
uğurlarında ona çox kömək olub. Üç yaşından şəkil çəkir bu sahəyə marağı
atasından yaranmışdır.
Hazırda 125 saylı
məktəbin III sinif şagirdidir. İncəsənət məktəbinin isə rəssamlıq üzrə II sinif
şagirdidir. Dərslərini yaxşı oxuyur, rəsm, texnologiya və informatika ilə daha
çox maraqlanır. Rəsmə olan marağı balaca Fatimədə gələcəyin tanınmış rəssamı
olmaq istəyini də yaradır. “Narkomaniyaya son”, “Xocalı faciəsi”, “Nizami Gəncəvi
haqqında”, “Uşaq hüquqları” və s. bu kimi rəsm sərgilərində iştirak edib. Fatimənin
ən sevincli günü isə yaşının az olmasına baxmayaraq rəssamlığa qəbul olması idi.
O günü Fatimə həyatının arzularının reallaşmasına doğru dəyişdiyi gün hesab
edir. Atasına və məşhur rəssam Mircavad Cavadova oxşamaq istəyir. Ən böyük
arzusu tanınmış rəssam olmaqdır. Uşaq vaxtlarından yaranan həvəs illər sonra
arzusuna çevrili. İndi isə tanınmış rəssam olub öz vətənini dünyada təmsil etmək
ən böyük məqsədidir.
Bədii ədəbiyyatla
məşğul olmasa da, dahi ədəbiyyatçılarımızı öz sehrli fırçasının köməyilə
canlandırmaq istədiyini bildirir. Balaca rəssamın digər arzusu isə dünyanı gəzərək
gördüyü gözəllikləri yaddaşlara əbədi həkk etməkdir. Tanınmaq üçün rənglərin
dili ilə insanların gözləri arasındakı sintezi düzgün tənzimləmək lazım
olduğunu düşünür. Yaşının az olması səbəbi ilə hələki heç bir tədbirdə iştirak
etməyib. Ancaq gələcəkdə onu böyük naliyyətlər gözlədiyinə inanır.
Biz də balaca
rəssama uğurlar arzulayırıq.
Комментариев нет:
Отправить комментарий