Murad Kamran oğlu Rzayev 2005-ci il mayın 23-dә Bakı şәhәrindә anadan olmuşdur. İlk təhsilini 60 №li məktəbdə almış, II sinifdən təhsilini XXI Əsr məktəbində davam edib. Hazırda isә Xəzər Universitetinin “Dünya” məktəbində təhsilini davam edir.
Dərslərini yaxşı oxuyur və demək olar ki, hər il siniflərində ən yaxşı şagird adnı qazanır.
Murad uşaqlıqdan inkişaf edib. Beş yaşından oxumağa başlayıb. Bunu ona bağçada müəllimləri, evdə valdeyinlәri öyrәtmişdir.
Əsas marağı texnikaya olub. Dükanda olanda həmişə yeni konstruktor hədiyyə istəyərdi. I sinifdən kompüterə maraq göstәrib. Anası deyir ki, üç yaşından ona müxtәlif konstruktorlar alırdıq və o, onlari tez yiğırdı. Oxumağı öyrənəndən sonra mürəkkəb konstruktorların düzəldilmə qaydasını özü oxuyub başa düşürdü.
Murad riyaziyati çox sevir və misalları asanlıqla həll edir. O biri fənlərdən də əla qiymətlər alır. XXI Əsr məktəbində riyaziyyat və məntiq üzrə olimpiadalarda birincilər sırasinda olub və bütün illər ərzində şəkli əlaçılar lövhəsində olub. Sözsüz ki, onun nailiyyətlərində öz biliyindən başqa valideynlərin və müəllimlərin də böyük rolu var.
Ən uğurlu hadisə yəqin ki, təzəlikcə baş verib. Murad riyaziyyat fənni üzrə şəhər olimpiadasında iştirak edərək III yeri qazanıb. Onun istedadının bəhrə verməsində sinif rəhbәri Nailə Ramazanova, riyaziyat müəllimi Gülər Әliyeva və valideynlərin əməyi danılmazdır.
İndi hədəfdə daha yüksək nəticələr göstərməkdir. Uşaqlıqdan maraq və məqsədi texnika ilə məşğul olmaq və məşhur ixtiraçı alim olmaq olub.
Asudə vaxtını kompüterlə, idmanla keçirir (aykido, üzgüçülük), yayda düşərgələrdə olmağı xoşlayir.
Məktəbdən kənar dərnəklərə də gedir. Onlarin sırasında "Gənc bisnesmen" və "Engeneering for kids" uşaqlar üçün mühəndislik kurslarını qeyd etmək olar. İndi də "Robotics" kursuna getməyə hazırlaşır.
Gələcək planları məktəbi bitirdikdən sonra Azərbaycanda və yaxud qabaqcıl xarici universitetlərin birində texniki fənlər üzrə təhsil almaq və ondan sonra öz fəaliyyəti və ixtiralari ilə özünü və Azərbaycanı məşhurlaşdırmaqdır.
Xoşbәxtlik geniş anlyışdır. Hәr kәs onu bir cür başa düşür vә xoşbәxtliyi müәyyәn bir şeydә görür. Mәn dә hərdən öz xoşbәxtliyim haqda düşünürәm. Görәsәn, mәn xoşbәxtәm? Fikirlәşirәm ki, bәli. Bunları düşünәn Murad deyir ki, әgәr әhatәmdә sevdiyim insanlar varsa xoşbәxtәm.
Bunun üçün daima çalışmaq, әmәk sәrf etmәk, elimlә mәşğul olmaq, istedadını nümayiş etdirmәk vә qabiliyyәtli olmaq vacibdir.
İstedadlı, zəhmətkeş, məqsədinə doğru bu cür qətiyyətlə irəliləyən qəhrəmanımıza biz də uğurlar arzulayırıq. Onun vətənimizin adını yüksəklərə qaldıracağı günü səbirsizliklə gözləyirik. Bu çәtin hәyat yolunda Murada bol şanslar diləyirik!
Комментариев нет:
Отправить комментарий