Ağayeva Zeynәb Hakim qızı 26 fevral 2004-cü ildə Moskva şәhәrindә anadan olmuşdur. Zeynәb uşaqlıqda mehriban, dəcəl olub. Rəqs etməyi, şəkil çəkməyi, kitab oxumağı çox xoşlayır. 5 yaşından ingilis dilində danışa bilir, rəqslə və təsviri incəsənətlə məşğul olub. Moskva şәhәrindәki “Göy qurşağı” məktəbəqədər hazırlıq mərkəzinə gedib. 2010-cu ildə Moskva şәhәri 1736 №-li gimnaziyaya imtahanla qəbul olunub, hazırda isә İdrak liseyindә tәhsilini davam etdirir. Dәrs әlaçısıdır, sevdiyi fənlər kimya, biologiya və riyaziyyatdır. Rəqs, rəsm müsabiqәlәrindә dəfələrlə I vә II yerlərə çıxıb. Әldә etdiyi nailiyyәtlәrә görә özünü valideynlәrinә borclu bilir. Zeynәb istəyir ki, rәqslә ölkәlәr üzrә müsabiqәyә çıxsın vә qalib olsun. Hələ Moskvada təhsil aldığı dövrdə xeyli sayda diplom və fəxri fərmanla təltif olunub.
Gələcəkdə həkim olmaq istəyir. Bu fikri onda atası yaradıb, çünki atası özü dә həkimdir. O, qızında bu sənətə sevgi və maraq yaradıb. Zeynәb deyir ki, hәmişә insanlara kömәk etmәk istәyir.
Asudә vaxtlarında kitab oxumağı, hәyәtdә gәzmәyi, mahnıya qulaq asmağı çox xoşlayır.
Uğur hәmişә sәninlә olsun, Zeynәb.
Комментариев нет:
Отправить комментарий