Bayramlı
Ənvər Elçin oğlu 11 fevral 2004-cü ildə Gəncə şəhərində anadan olub. Körpəlikdən
sakit təbiətli, sözəbaxan uşaq olub. Rəsm çəkməyi, xəritələrlə maraqlanmağı xoşlayıb.
5 yaşında Gəncə şəhər Şahmat Məktəbinə daxil olub, çoxlu nailiyyətlər əldə edib.
Məktəbə getməmişdən əlifbanı, vurma cədvəlini öyrənib, yazıb-oxumağı bacarıb. 3
yaşından ingilis dili təmayüllü uşaq bağçasında təhsil aldığından, 5 yaşında
Ənvər -ingilis dilində 300-ə yaxın söz bilirdi. Həmçinin anasının köməyi ilə
rus dili əlifbasını da öyrənmişdi. 4-5 yaşlarından sonra həm özü həvəskar olduğuna
görə, həm də valideynləri dəstək olduğuna görə onun şahm-ata marağı artıb.
İlk təhsilini
Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə alan, yuxarı sinif təhsilini
isə İsrafil Məmmədov adına 27 saylı məktəb-liseydə davam etdirən müsahibimiz
hazırda VII sinif şagirdidir. I sinifdən indiyədək əlaçıdır. Ən çox xoşladığı fənlər
riyaziyyat və biologiyadır. Müsahibimiz həm məktəbdaxili t-ədbirlərdə, həm də şəhər
tədbirlərində fəal iştirak edir. Onun çıxışları bəzən səhnəciklərdə, tamaşalarda
baş rolları ifa etməkdən, bəzən də tədbirin aparıcılıq missiyasını yerinə yetirməkdən
ibarət olur. Əlaçı və şahmatçı olan müsahibimiz həmçinin basketbolla məşğul
olur və son illərdə gənclər arasında bir az da maraq oyadan gitara musiqi aləti
üzrə dərs alır.
Həyatında
uğurlu günlərinin çox olduğunu deyən Ənvər ən uğurlu və yaddaqalan günü haqqında
belə danışdı: "Gəncə şəhərində Heydər Əliyevin doğum günü münasibətilə mərhum
qrossmeyster Vüqar Həşimovla do-stluq görüşü keçirilmişdi. Çox həyəcanlansam
da, hesabda bərabərlik qazanmağa nail oldum."
Uğurlarından
söz açmışkən Ənvərin nailiyyətlərinə nəzər salaq:
-
ibtidai sinfi müvəffəqiyyətlə başa vurduğuna görə 4 saylı tam orta məktəb tərəfindən
təqdim edilən diplom;
-
2010-cu ildə 9 May - Qələbə gününə həsr olunan şahmat turnirində 6 yaşlı oğlanlar
arasında I yeri tutduğuna görə diplom;
- 2-9
may 2011-ci il tarixlərində Ümummilli lider H.Əliyevin anadan olmasının 88-ci
ildönümünə həsr edilən Açıq şahmat turnirində 8 yaşlı oğlanlar arasında I yeri
tutduğuna görə diplom;
- 17
avqust 2011-ci ildə şahmat üzrə I dərəcə almışdır;
-
2012-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbdə keçirilən "ibtidai
ongünlüyündə" riyaziyyat olimpia-dasında I yeri tutduğuna görə fəxri fərman;
- 3-6
oktyabr 2012-ci ildə "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə
filialı tərəfindən basketbol üzrə 1999/2000-ci il təvəllüdlü yeniyetmə oğlan və
qızlar arasında keçirilən açıq birincilikdə I yeri tutduğuna görə təqdim edilən
diplom;
- 9
May 2013-cü ildə Ümummilli lider H.Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
edilən eynivaxtlı seansda fərqləndiyinə görə təqdim olunan fərqlənmə diplomu;
-
16-17 noyabr 2013-cü il tarixlərində şahmat üzrə 10 yaşlı oğlanlar arasında şəhər
birinciliyində II yeri tutduğuna görə diplom;
-
2014/2015-ci tədris ilində Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı tam orta məktəbin
rəhbərliyi tərəfindən 5(b) sinfində oxuyarkən məktəb daxilində keçirilən Riyaziyyat
həftəsində divar qəzeti müsabiqəsində I yeri tutduğuna görə fəxri fərman;
-
2015-ci ildə Gəncə şəhəri Təhsil İdarəsi üzrə M.Mehdizadə adına 4 saylı tam orta
məktəbin şagirdi olaraq təhsildə qazandığı uğurlara görə fəxri fərman;
- Gəncə
Şəhəri Təhsil İdarəsi üzrə İsrafil Məmmədov adına 27 nömrəli məktəb-liseyin rəhbərliyi
tərəfindən 2015/2016-cı tədris ilinin I yarımilini əla qiymətlərlə başa vurduğuna
görə valideynlərinə ünvanlanan t-əşəkkürnamə;
- 27
mart 2016-cı ildə keçirilən "Akademik" bilik yarışında yuxarı sinif
şagirdləri arasında yüksək nəticə göstərdiyinə görə təltifnamə;
- 13
dekabr 2016-cı ildə Kaspi Təhsil Şirkətinin təşkil etdiyi sınaq imtahanında VII
siniflər arasında yüksək nəticə - 89 bal topladığına görə sertifikat;
- 30
dekabr 2016-cı ildə Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə
keçirilən mək-təblilərin bilik yarışında VII siniflər üzrə I yeri tutduğuna görə
fəxri fərman;
- Gəncə
şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Təhsil İdarəsi, Azərbaycan Dövlət
Aqrar Universiteti və "Gələcəyə körpü" təhsil mərkəzinin təşkilatçılığı
ilə təşkil olunmuş "Gəncə - 4000" Bilik Yarışında fərqləndi-yinə görə
təltifnamə;
- Gəncə
şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə şəhər Təhsil İdarəsi, Gəncə şəhər Gənclər
və İdman Baş -İdarəsi, "Gələcəyə körpü" təhsil mərkəzinin təşkilatçılığı
ilə keçirilmiş "Super olimpiada"da II yeri tutduğuna görə diplom;
- Gəncə
şəhər Uşaq Yaradıcılıq Mərkəzinin (UYM) poliqlot ingilis dili dərnəyinin üzvü
olaraq, dərnəkdə E-lementary kursunu uğurla bitirdiyinə görə sertifikat.
Qazandığı
bu uğurlara görə valideynlərinə, ilk müəllimi Vəfa Quliyevaya, şahmat müəllimi
Lalə Budaqovaya və digər müəllimlərinə təşəkkür edir. Fəaliyyətindən dolayı babasına
oxşamaq istəyir. Məktəbi uğurlu nəticələrlə başa vurub, ali məktəbə qəbul olmağı
arzulayır. Xarici dövlətlərdə təcrübə keçmək, oradan qazandığı biliklərlə öz
biliyini bir az da təkmilləşdirmək istəyir. IV sinifdən etibarən həkim olmağı
arzulayır. Azərbaycandan müalicə olunmaq üçün xarici dövlətlərə üz tutanların
fikrini dəyişmək istəyir ki, vətəndaşlarımız elə öz həkimlərimizin təcrübəsinə
etibar edib, öz ölkəmizdə müalicə olunsunlar.
Asudə
vaxtlarında həm əlavə kitablar oxuyur, həm də futbol, basketbol, şahmat oynamağı
xoşlayır. Kitab o-xumağa böyük marağı olan Ənvər özü də bir böyükhəcmli, iki
kiçikhəcmli əsər yazıb.
Gələcəkdə
həkim olub, imkanları daxilində uşaqlara və qocalar evindəki qocalara kömək etmək
istəyir. Ən -böyük arzusu isə həyat yolunda böyük, bağışlanmaz xətalardan uzaq
olmaqdır. "Tarixin yaddaşında qalmaq üçün hansı addımı atardın?" sualını
Ənvər belə cavablandırdı: "Tarixdə qalmaq heç vaxt asan olmayıb. Mən -gələcəkdə
qarşıma belə bir məqsəd qoysam, onda həmin dövr üçün müalicəsi bilinməyən bir xəstəliyin
müalicəsini tapmaq üçün çalışardım və ya mühüm preparat hazırlayardım."
Əvvəllər
də Ənvərin uğurları barədə məqalə və süjet yayımlanıb. Sözügedən süjet yerli
telekanal olan "Kəpəz" kanalında, 2011-ci ildə şahmat yarışında
birincilik əldə etdiyinə görə hazırlanıb. Məqalə isə "İstedadlı
uşaqlar" başlığı ilə "Tumurcuq" qəzetində dərc olunub.
Комментариев нет:
Отправить комментарий