Quliyev Fəxrəddin Cavid oğlu 5 oktyabr 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə hiperaktiv olub və hər şeyə diqqət yetirib. Bağçada yazıb-oxumağı öyrənən Fəxrəddin məktəbə gedərkən çox hazırlıqlı idi. Çoxlu şeirlər bilib, ingilis dilində xeyli söz ehtiyatı olub.
Hazırda 132-134 saylı Təhsil Kompleksinin 6ç sinfində təhsil olan Fəxrəddin dərs əlaçısıdır. Aktiv olduğundan məktəbin bütün tədbirlərində fəal iştirak edir. Bədii qiraəti çox sevir, buna görə də tədbirlərdə şeir söyləyir və aparıcılıq edir. İstedadına görə fəxri fərman və diplomla təltif edilib.
Asudə vaxtlarında mütaliə etməyi və musiqi dinləməyi çox sevir. O, gələcəkdə həkim olmaq arzusundadır. Beyin cərrahiyyyəsi kim çətin və məsuliyyətli bir işi həyata keçirərək insanların həyatını xilas etməyi planlaşdırıb. Müalicəsi müşkül olan bir xəstəliyə çarə tapmağı düşünən mütərəqqi düşüncəli qəhrəmanımız əldə etdiyi uğurlarında müəllimlərinin və valideynlərinin rolunu yüksək qiymətləndirir. Ələlxüsus Mehriban müəllimə öz dərin minnətdarlığını bildirir.
Ata-anası və müəllimləri ona uğur arzulayır, məktəbin adını uca tutmağı, ümidləri doğrultmağını istəyirlər. Biz də bu gözəl arzulara qoşularaq Gələcəyin həkiminə - Fəxrəddinə nailiyyətlər arzulayır və xoş sədanı eşidək deyirik. Şansın bol olsun!
Комментариев нет:
Отправить комментарий