Salamov Tacəddin Azər oğlu 2 oktyabr 1997-ci ildə Rusiya
Federasiyasının Nijniy Novqorod şəhərində dünyaya göz açıb. Tacəddin körpəlikdən
çox aktiv uşaq olub. Ətrafda baş verən hər bir hadisə ilə maraqlanıb. Kitablara
böyük marağı olub. Güclü yaddaşa malik olduğuna görə ona oxunan hər bir nağılı
yadında saxlayırdı. 4 yaşından rus dilində oxuyub-yazmağı öyrənmişdir. Televiziya
verilişlərinin titrlərini belə sürətlə oxumağı bacarırdı. Tacəddinin ilk təhsili
ilə anası məşğul olub. Tacəddin riyaziyyatı daha çox sevib və mənimsəyirdi. Məntiqi
və riyazi məsələləri asanlıqla həll edirdi. Onun futbola da çox böyük marağı
var. Dünyanın ən güclü komandalarının qarşılaşmalarını televiziyadan böyük həvəslə
izləyir. Özü də çox yaxşı futbol oynayır. Bu maraq onun bütün dünya ölkələrinin
adlarını və bayraqlarını tanımasında kömək oldu.
Bakı şəhəri 70 №-li məktəb-liseydə təhsil alıb. Məktəbi əla qiymətlərlə
başa vurmuşdur. Bütün fənləri həvəslə oxuyub. Ən çox sevdiyi fənn isə kimya
olub. Kimya fənni üzrə məktəblərarası və digər yarışlara qatılıb. İlk dəfə VII
sinifdə oxuyanda 289 №-li Zəkalar liseyində keçirilmiş məntiq bilik yarışında
II yer tutmuşdur. Bir-neçə dəfə kimya üzrə fənn olimpiadasının rayon və şəhər
turunun qalibi olmuş, respublika turunda bürünc medala layiq görülmüşdür. Bundan
əlavə Bakı Ali Neft məkəbində keçirilmiş kimya olimpiadasında da II yerə layiq
görülmüşdür. Sinifdə hərtərəfli biliyi ilə digər şagirdlərdən fərqlənib. Məktəbin
ictimai işləridə də həmişə fəal fəal iştirak edib. Hazırda Azərbaycan Tibb
Universitetinin I müalicə-profilaktika fakültəsinin II kurs tələbəsidir. Həyatının
ən əlamətdar gününü ali məktəbə qəbul olduğu gün hesab edir. Tacəddin qəbul
imtahanında 685 bal toplamışdır.
Azərbaycan, rus, alman və türk dillərini mükəmməl bilir.
Əldə etdiyi nailiyyətlərə görə valideynlərinə, Bakı şəhəri 70 №-li məktəb-liseyin
bütün müəllim heyətinə borclu olduğunu deyir. Uğurlarında ona ilk dəfə
yazıb-oxumaq öyrədən Musayeva Arzu müəllimin, sinif rəhbəri Əliyeva Reyhan müəllimin
və məkrəbin direktoru, əməkdar müəllim Qasımov Nazim müəllimin, eləcə də məktəbin
bütün müəllim heyətinin böyük zəhməti olduğunu vurğulayır.
İstəyir ki, vətənimiz Azərbaycana layiqli bir həkim olsun. İnsanlara
kömək etmək onun həyatının qayəsidir. İnanır ki, savadlı bir həkim olmaqla, insanların
sağlamlığının keşiyində durmaqla cəmiyyətə yararlı bir şəxsiyyət ola biləcək. Sağaldacağı
insanların üzlərindəki təbəssümün isə həyatının ən böyük mükafatı olacağını
bildirdi.
Sağlam həyat tərzi Tacəddinin həyat devizidir. Buna görə də
insanların sağlamlığının keşiyində durmaq üçün həkimlik kimi şərəfli bir peşəni
seçdiyini deyir.
Asudə vaxtlarında idmanla məşğul olur. Peşəkarcasına futbol oynayır. Tacəddinin
futbol oynamasını görənlər onun nə üçün futbolu yox, həkimlik peşəsini seçməsinə
təəccüb edirlər.
Onun gələcək üçün planları çoxdur. Tibb sahəsində Avropanın aparıcı
universitetlərindən birində təhsilini davam etdirmək istəyir. Daha sonra bu sahədə
təqdiqatlara geniş yer ayırmaq ən böyük arzusudur. Hədəfi Nobel mükafatçıları
sırasına qoşulmaqdır.
Necə deyərlər, niyyətin hara, mənzilin ora. Arzularına çatasan, Tacəddin.
Комментариев нет:
Отправить комментарий