Balabəyov Mövla Ağasən oğlu 15 may 2010-cu ildə
Bakı şəhərindә dünyaya göz açıb. Valideynləri Mövlanın ağıllı vә yaşıdlarından
fәrqli uşaq olduğunu qeyd edirlәr. Mövla məktəbə getməzdən öncə hazırlıq
kursuna gedib, yazıb-oxumağı çox səlis şəkildə bacarırdı. 6 №-li məktəb-liseyin
şagirdidir. O, məktəb-liseyə imtahan verərək qəbul olub. Dərslərini sevərək və əla
oxuyur, sevdiyi fənlər Azәrbaycan dili, riyaziyyat və rəsmdir. Mövla deyir ki, atası
vә anası onun təhsili ilə çox məşğul olurlar.
Gәlәcәkdә ya rəssam, ya da babası kimi həkim olmaq
istəyir.
Asudə vaxtlarında şəkil çəkir və nağıllara qulaq asır.
Daha çox təbiət və heyvanlarla bağlı şəkil çəkməyә üstünlük verir.
2016-cı ildə 3 ay Bakı futbol klubunda futbol məşqlərində
və üzgüçülüklə məşğul olub.
Mövla tarixin yaddaşında çәkdiyi rәsm әsәrlәri ilә
vә savadlı hәkim kimi qalmaq istәyir. Gәlәcәk hәdəfi isә ali mәktәbә yüksәk
nәticә ilә qәbul olmaq vә tәhsilini xaricdә davam etdirib vәtәnimizin adını
daim ucaltmaqdır.
Biz dә “İstedadlar” redaksıyası olaraq Mövlaya
uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий