Salahov Cəmil
Məmməd oğlu 2010-cu il yanvarın 27-də Bakı şəhərində dünyaya göz açıb. Cəmil adının
mənası gözəl deməkdir. Onun adını anası Nurlanə xanım gördüyü bir yuxuya əsasən
qoyub. Cəmil körpəlikdə ağıllı, sakit və təmkinli bir uşaq olub. İntellektual səviyyəsinə,
hazırcavablığına, aktivliyinə görə yaşıdlarından hər zaman seçilib. Cəmilin bir
çox sevimli məşğuliyyətləri var. Bunlardan ən çox sevdiyi məşğuliyyəti şəkil çəkmək
və rəqs etməkdir. Yaşının az olmasına baxmayaraq Cəmil hesab əməllərini yerinə
yetirməyi, rus dilində yazıb-oxumağı bacarır. Uşaq bağçasına getdiyi vaxtlarda
da qeyri-adi bacarığı sayəsində müəllimlərinin sevimlisinə çevrilib. Müəlllimləri
tərəfindən onun aktyorluq qabiliyyəti də üzə çıxıb. O, çoxlu şeirlər, nağıllar
bilir və bütün tədbirlərdə də fəal iştirak edir. Bağçada keçirilən şənliklərdə
müxtəlif rollarda oynayıb və öz rolunun öhdəsindən böyük məharətlə gəlib. Onun ən
çox sevdiyi rolu isə dovşan obrazı olub.
Cəmil çox vətənpərvər, mehriban və qayğıkeş
bir uşaqdır. Vətənini bu qədər sonsuz məhəbbətlə sevməsi səbəbsiz deyil. Çünki
Cəmil hərbçi ailəsində böyüyür. Atasının vətənimizin keşiyində durması, torpaqlarımızın
bütövlüyünün qorunması uğrunda göstərdiyi mərdliklərin şahidi olan Cəmilin vətənpərvərlik
hisləri buradan qaynaqlanır.
Ürəyiyumşaq, mərhəmətli olan Cəmil babası
Aydın müəllim kimi heyvanları çox sevir. O, küçədə gördüyü sahibsiz heyvanlara
kömək edir, onlara yemək, su verməkdən xüsusi zövq alır.
Cəmil milli adət ənənələrimizə çox bağlıdır. O,
milli rəqslərimizi peşəkarcasına öyrənməyə çalışır. Bu yolda ona Tural müəllim
böyük köməklik göstərir. Cəmil Uğur məktəbəqədər təhsil mərkəzinin şagirdidir. Onun
ən sevimli fənni məntiq fənnidir. Asudə vaxtlarında cizgi filmlərinə baxmağı, rəqs
etməyi sevir.
Əldə etdiyi nailiyyətlərə görə öncə valideynlərinə,
daha sonra müəllimlərinə borclu olduğunu bildirir. Cəmilin ən böyük arzusu həkim
olmaqdır. O, həkim olub xəstələrə şəfa vermək, vətəninə, millətinə yararlı bir
vətəndaş olmaq istəyir.
Комментариев нет:
Отправить комментарий