Azәrbaycanımız istedadlar diyarıdır. Oxuyacağınız
mәqalәdә belə fəallardan biri-Raulun barəsində danışmaq istəyirik. Raul körpəlikdən
çox aktiv, hәr şeylə maraqlanan vә yaradıcı bir uşaq olub. Öz yaşıdlarıyla oynamağı
çox sevib. Velosiped sürmәyə ve futbol oynamağa çox həvəsli olub. Balaca
vaxtlarından planetlər haqda maraqlanıb, dinozavrlar barədə öyrənib. Şahmat da
onun maraq dairəsinə daxil olan məşğuliyyətlərdən olub. Ən çox meylləndiyi sahə
isә rәsm çәkmәk idi.
Raul üç yaşında olarkәn bütün hәrflәri tanıyır vә
rәnglәmәyi bacarırdı.
Bu marağın formalaşmasında anasının rolu böyük
olub.Bu maraq gәlәcәk illәrdә böyük bir istedadın aşkara çıxmasına sәbәb oldu.
Hüseynov Raul Nәsir oğlu 28 oktyabr 2005- ci ildə
Bakı şәhәrindә anadan olub. 2010-cu ildə 132-134 saylı Tәhsil Kompleksində təhsil
almağa başlayıb vә hazirda hәmin mәktәbin 6 -ci sinfində tәhsilini davam
etdirir. 1-ci sinifdәn 6-cı sinifә qәdәr bütün dәrslәrini әla oxuyub . Әn çox
sevdiyi fәnlәr isə təsviri incəsənət, fizika, ingilis dili vә coğrafiyadır.
I sinifdәn etibarən sinifdə və məktəbdə keçirilәn bütün
tәdbirlәrdә fәal iştirak edib.Raulun əsərləri məktəbin tədbirlərində sərgilənib.
Çәkdiyi rәsmlәrdən bir neçəsi 2014-2015- ci ildә mәktәbdә
nümayiş olunub vә şәhәrdәki müsabiqәlәrә vә sәrgilәrə göndәrilib.
2014- cü ildə İçәri Şәhәrdə yerləşən “Ənәnәvi
incәsәnәt mәrkәzi”ndә tәhsil alib. Bir qədər fasilə versə də,sonra yenə də
tәhsilini davam etdirir.
Әn yadda qalan hadisә isә 2016- cı ilin iyun ayında
Azərbaycan Diplomatik Akademiyasi tәrәfindәn tәşkil olan müsabiqәdә 1- ci yeri
qazandığı gündür.
2016-cı ilin dekabr ayında hәmin universitetin
tәşkil etdiyi müsabiqədә iştirak edib vә sertifikatla təltif olunub.
2017- ci ilin yanvar ayında Abşeron Rәsm
Galereyasında təşkil olunan "20 Yanvar " Ümumxalq hüzn günü ilә bağlı
keçirilən bir müsabiqәyә qatılmış vә sertifikata layiq görülmüşdür.
Әldə etdiyi bütün naliyyәtlәrinә görә valideynlәrinә,
nәnə və babalarına ozunu borclu hesab edir. Raul deyir ki,onlar hər zaman ona dəstək
olmuşlar.
Raul müәllimi Naibә xanıma da minnәtdarlığını bildirir.
Fәaliyәtindәn və bacarığından dolayı Ülviyyә xalasına
oxşamaq,
onun kimi peşәkar bir rәssam olmaq istəyir.
Bacarığıyla әn yüksәk pillәlәri fәth etmәyi hədəf
götürmüşdür .
Gələcəkdə məşhur memar olmaq vә Azərbaycanı bütün
dünyaya tanıtdırmağı qarşısına mәqsәd qoymuşdur.
Asudә vaxtlarında rәsm çəkir. Ən çox çәkdiyi
mövzular isә vәtәnpәrvәrlik vә tәbiәt təsvirləridir.
Rәssamlıqdan əlavә peşәkar futbol ilә də məşğul
olur. “Qalatasaray futbol mәktәbi”ndә təhsil alır. Gәləcәkdә diplomlarını
sayını artırmaq, daha çox uğurlara vә biliyә nail olmaq istәyir.
Qəhrəmanımız düşünür ki, tarixin yaddaşında qalmaq
istәyirsә yaxşı oxumalı vә gələcəkdə insanların hüquqlarını qorumaqla vәtәnimizә
sadiq övlad olduğunu təsdiqləməlidir.
Biz dә öz adımızdan gәlәcәyin memarına uğurlar
arzulayırıq. Yolun açıq,şansın bol olsun, Raul!
Комментариев нет:
Отправить комментарий