Azərbaycan istedadlar diyarıdır. Belə gənc
balalardan biri də Xalidə Kamran qızı Qafarovadır. O, körpəlikdə ərköyün və dəcəl
uşaq olub. Çox erkən dil açıb, hazırcavab və ağıllı olub. Xalidə mütailə etməyi,
səyahəti, şəkil çəkməyi və şahmatı çox sevib. Buna baxmayaraq oxuyub-yazmağı da
öyrənib. Bu işdə ona anasının köməyi çox olub.
O, 2005-ci il aprelin 21-də Bakı şəhərində anadan
olub. Hazırda Xalidə qızımız 132-134 saylı Təhsil Kompleksinin “6 ə”sinfində,
rus bölməsində təhsil alır. Dərs əlaçısı olan Xalidənin ən çox sevdiyi fənlər
biologiya, riyaziyyat və coğrafiyadır. O, məktəbdə keçirlən bütün fənn tədbirlərində,
olimpiadalarda fəal iştirak edir.
Səyahəti çox sevən Xalidə 2013-ci ilin avqust
ayında ailəsi ilə birgə xarici ölkələrin birinə səyahət etmişdilər. Xalidə həmin
günü özünün ən uğurlu günü hesab edir. Çünki, o ölkədə muzeylərə, tarixi abidələrə
baş çəkmək Xalidənin çox xoşuna gəlib.
Əldə etdiyi uğur və naliyyətlərinə görə ilk müəlliməsi
Leyla Mikayıl qızına, hazırda isə sinif rəhbəri Sevinc Abbasovaya minnətdarlığını
bildirir. Xalidə hər şeyə görə ailəsinə borclu olduğunu qeyd edir.
Asudə vaxtlarında kitab oxumağı, şəkil çəkməyi
xoşlayır. Gələcəklə bağlı planları isə yüksək balla ali məktəbə daxil olub,
Ziya babası kimi riyaziyyatçı olmaqdır.
Biz də Xalidə qızımıza arzu və istəklərinə nail
olmağı diləyirik. Uğurlar sənə,Xalidə!
Комментариев нет:
Отправить комментарий