Haqqında söhbәt açacağımız gәnc qәhrәmanımız Fatimә Hikmәt qızı Paşayevadır. 1999-cu il dekabrın 13-dә Bakı şәhәrindә anadan olan Fatimә sakit, şәn, çox tәrbiyәli, istәklәrini sәrbәst vә düzgün şәkildә izah edәn ağıllı uşaq olub. Maraqları içәrisindә diqqәti cәlb edәn oyuncaqlarını kolleksiya şәklindә toplaması olub. Mәktәbә gedәnә qәdәr yazıb-oxumağı düzgün şәkildә bilirdi. İlkin yazı vә oxu vәrdişlәrinə anasının sayəsində yiyələnmişdi. Babasının məsləhətilə intellektual proqramlar izlәyirdi. Valideynlәri Fatimənin gәlәcәyi ilə bağlı qurduqları parlaq planlardan danışmaqla onu hәvәlәndirirdilər.
Fatimә 2006-ci ildә Tahir Həsənov adına 23 №li orta mәktәbdә təhsil pillələrinə ilk addımını atıb. Bütün fәnlәri çox sevir, hamısınə eyni seviyyәdә әla oxuyur. Ancaq tәbii ki, әn çox sevdiyi fәnlәr var: Azәrbaycan dili və Azәrbaycan tarixi. Әsl Azәrbaycan vәtәndaşı kimi yetişmәk üçün o, xalqının həm dilini, hәm dә tarixini dәrindәn öyrәnməyə çalışır.
Fatimə mәktәbin demәk olar ki, bütün tәdbirlәrindә fәal şәkildә iştirak edir. Dövlәt Bayrağı Günü, 28 May Respublika Günü, Zәlimxan Yaqubun hәyat vә yaradıcılığına hәsr olunmuş vә bir sıra başqa tәdbirlәrdә hәm aparıcı, hәm dә iştirakçı qismindә fәal olub. X sinifdә mәktәbdә keçirilәn fәnn olimpiadasında Azәrbaycan dili vә әdәbiyyat fәnni üzrә I yerә layiq görülüb vә fәxri fәrmanla tәltif olunub. IX sinifdә “Heydәr Әliyev mәktәblәrin gözü ilә” inşa müsabiqәsindә diplomla tәltif olunub.
Hәyatımda әn yaddaqalan, әn dәyәrli günü Gülüstan Sarayında “Heydәr Әliyev mәktәblilәrin gözü ilә” inşa müsabiqәsinin qalibi diplomu ilə tәltif olunduğum gündür - deyir Fatimə.
Fatimə babası Mahmud Mirzәyevə bәnzәmәk istәyir. Çünki orta tәhsil aldığı müddәtdә onun təhsilə, biliyә verdiyi yüksәk qiymәt bu gün də dillər əzbəridir. Fatimәnin hәdәfi orta mәktәbi yüksәk sәviyyәdә bitirmək, hüquq üzrə yüksək səviyyəli ali təhsil almaq və millәt vәkili olmaqdır.
Asudә vaxtları az olsa da həmin zamanı intellektual yarışları vә Azәrbaycan filmlərini izləməyə həsr edir. Fatimә uşaq yaşlarından vәtәn, tәbiәt mövzusuda şeirlər yazır. O çox vətənpərvər bir yeniyetmədir. Bәlkә dә bu sevgini sözlәrlә ifadә etmәyә çalışsaq nә qәlәm, nә dә kağız kifayәt edәr. Fatimә qızımıza son sözlәrimiz budur ki, bundan sonra da yüksәk zirvәlәrdә olasan!
Комментариев нет:
Отправить комментарий