Azәrbaycanın seçilәn gәnc istedadlarından biri dә Mәryәmdir. Abdullayeva Məryəm Rüstәm qızı 16 iyun 2004-ci ildә Bakı şәhәrindә anadan olmuşdur. Mәryәm körpәlikdә diqqәtli, hәr şeyә diqqәtlә nәzәr salan uşaq olub. Xoşladığı mәşğuliyyәtlәri rәsm çәkmәk, dizayn yaratmaq, evdarlıqla mәşğul olmaq idi. Kiçik qazanları qoyub yemәk, şirniyyat bişirir, ya da gәlinciklәrinin paltarların yuyub ütülәyirdi.
Mәryәm mәktәbә gedәnә qәdәr oxumağı-yazmağı bilirdi. Hәrflәri tanıyırdı, hecalayıb oxuyurdu. Uşaq bağçasına getdiyi müddәtdә onda istedadıyla bağlı maraq hiss etdik. Artıq Mәryәm mәktәbә tam hazır idi.
Orta təhsilə Tahir Hәsәnov adına 23 №li mәktәbdә başlayan Məryəm hazırda hәmin mәktәbdə tәhsilin davam etdirir. I sinifdәn dәrs әlaçısı olan istedadlı qızımız Mәryәmin, әn çox sevdiyi fәnlәr Azәrbaycan dili, çünki bu bizim dövlәt dilmizdir, sonra isә rus dili, ingilis dili, tarix, musiqi, riyaziyyat, rәsm, fizika, kimyadır. Mәktәbdә keçirilәn bir çox tәdbirlәrdә fәal iştirak edib. "20 Yanvar" faciəsinə, Novruz bayramına həsr edilən tәdbirlərdә özünəməxsus rolu ilə yaddaşlarda qalıb. Ulu öndәr Heydәr Әliyevin doğum günü, anım günü mәrasimlәrindә fәal iştirak edib. Әldә etdiyi uğurlarına görә valdeynlәrinә, ailәlәrinin üzvü olan Gülaya xanıma, Azәrbaycan dili vә ingilis dili müәlliminә minnәtarlığını bildirir. Özünә bәnzәmәk istәyәn Mәryәm deyir ki, mәn öz üzәrimdә işlәyәn şagirdәm. Çalışıram ki, müәyyәn zirvәyә, pillәyә yüksәlim. Bu mәnim arzumdur.
Asudә vaxtlarında rәsm çәkir, musiqi ilә mәşğul olur, ev işlәrindә valideynlәrinә kömәk edir. Azәrbaycan xalqına layiqli övlad olmaq istәyir. Mәn prezdentimizin Ali Baş komandan İlham Әliyevin siyasәtinә, gücünә inanıram – deyir Məryəm.
Tarixin yaddaşında qalmaq üçün yaxşı mükəmməl təhsilə yiyələnib vәtәnimizә layiqli bir övlad olacağına inanır. Biz dә, Mәryәm balaya bu sahәdә uğurlar arzu edirik.
Комментариев нет:
Отправить комментарий