Mirhüseyn Murtuza oğlu Əsədullayev
1990-cı il avqustun 25-də Bakı şəhəri Buzovna qəsəbəsində dünyaya göz açıb. Adını nənəsi Mehri xanım
İmam Hüseynin şərəfinə qoyub.
Mirhüseyn körpəlikdə çox dəcəl uşaq
olsa da, şəkil çəkməyi, futbol oynamağı çox xoşlayırdı.
Kiçik yaşlarından tar alətinə böyük
maraq göstərir, alətə gücü çatmadığından onu stolun üzərinə qoyub ifa edirdi. Musiqiyə
hədsiz həvəs göstərdiyini hiss edən valideynləri onu musiqi məktəbinə
yazdırıblar. Musiqiyə maraq Mirhüseynə atasından keçib. Çünki atası da tarzəndir.
Mirhüseyn VII sinfə qədər 206 saylı
orta məktəbdə təhsil alıb. Lakin musiqiyə olan hədsiz həvəsi onu Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinə gətirib. 2008-ci ildə həmin məktəbin məzunu olub.
Orta məktəbdə Mirhüseynin sevimli fənləri
ədəbiyyat, tarix, Azərbaycan dili olub. Məktəbin bütün ictimai işlərində, bir
sıra dövlət tədbirlərində müşayətçi və solo ifaçısı kimi çıxış edib.
Mirhüseyn 2008-ci ildə keçirilən I
respublika müsabiqəsində qran-pri mükafatına layiq görüldüyü günü həyatının ən
maraqlı və uğurlu günü hesab edir.
Mirhüseynin ilk uğuru uşaq musiqi və
incəsənət məktəblərinin “Qönçə-2002”
devizi ilə keçirilən VI Bakı uşaq musiqi festivalında yüksək səviyyəli çıxışına
görə qazandığı fəxri fərmandır.
Qazandığı uğurlara görə valideynlərinə
və müəllimlərinə minnətdar olan Mirhüseyn istedadı üzrə atası Murtuza müəllimə
bənzəmək istəyir. Xoşbəxtliyi gələcəkdə cəmiyyətə yararlı bir şəxsiyyət olmaqda
görən Mirhüseyn tarzən kimi fəaliyyət göstərib dünya şöhrəti qazanmaq istəyir.
Mirhüseyn yaxın gələcəkdə dünya səviyyəli
musiqi müsabiqələrində Azərbaycanı layiqincə təmsil etmək, bir sıra solo
konsertlər keçirmək, tar sənətini layiqincə yaşatmaq niyyətindədir.
Tarixin yaddaşında tar sənətinin
layiqli təmsilçisi kimi yaşamaq istəyir.
Qoy qəlbində olan bütün arzuların
vaxtında yerinə yetsin. Sənə gələcək həyat yollarında və seçdiyin sahədə
uğurlar və müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий